19.11.1963-cü ildə anadan olub.
1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə ilə “Sənayenin planlaşdırılması” ixtisası üzrə qurtarıb.
2001-ci ildə “Keçid dövründə sahibkarlığın formalaşması və yeni sosial mühitin yaranması” mövzusunda dissertasiya işini müdafiə etmişdir. İqtisad elmləri namizədidir. 2006-cı ildə dosent adı almışdır.
1985-1989-cı illərdə ETİİ Dövlət Plan Komitəsi, iqtisadçı.
1989-1997-ci illərdə kiçik elmi işçi;
1997-2000-ci illərdə Odlar Yurdu Universitetində müəllim;
2000-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim;
2001-2004-cü illərdə baş müəllim;
2004-2006-cı illərdə dosent əvəzi vəzifələrində çalışıb;
2006-2017-ci illərdə «İqtisadi nəzəriyyə-1» kafedrasının dosenti;
2017-ci ildən UNEC -in Rus məktəbində ,«İqtisadiyyat» kafedrasının dosentidir.
Nəşr olunmuş elmi əsərlərin sayı: 57 (respublikada – 51; xaricdə – 6; monoqrafiyalar – 2; metodik vəsait – 2; praktikum metodik vəsait – 1). 6 dərsliyin tərcüməsində iştirak edib.
*
2015-cı ilin oktyabrında UNEC-dəki pedaqoji fəaliyyətində və universitetinin ictimai heyatında fəal iştirakına görə Fəxri fərman ilə təltif edilib.
Ailəlidir, iki övladı var.
“Azərbaycan iqtisadi inkişafın innovasiya modelinin reallaşması şəraitində” (07.05.2018)