i.e.n., dos.  Həmidova Lalə Adil qızı

1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «İstehsalın iqtisadiyyatı və idarə edilməsi» ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə «İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə başa vurmuşdur.

2005-ci ildə “Bazar iqtisadiyyatı şəraitində sənayedə struktur dəyişikliklərinin investisiya prioritetləri” mövzusunda dissertasiya işini müdafiyə etmişdir. 2006-cı ildə iqtisad elmləri namizədi adını almışdır.

2000-2002-cı illərdə “Sənayenin iqtisadiyyatı” kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 2003-2017-ci illərdə “Müəssisənin iqtisadiyyatı” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrini tutmuşdur.

Hal-hazırda Rus İqtisad Məktəbinin “Tətbiqi iqtisadiyyat” kafedrasının dosentidir.

2022-ci ildən “Menecment”, “Biznesin idarə edilməsi”, “Sosial iş” ixtisasları üzrə ixtisas rəhbəridir.

53 elmi və tədris-metodiki işin müəllifidir. Onlardan 1 monoqrafiya, 1 dərs vəsaiti, 1 metodik göstəriş, 18 elmi məqalə, 11 proqram, 21 elmi-praktik konfransların tezisləridir.

Ailəlidir, iki övladı var.

*

Nəşrləri

L.Həmidova 85,5 çap vərəqi həcmində 92 elmi və tədris-metodiki işlərinin müəllifidir. Onlardan bir dərs vəsaiti, bir monoqrafiya, 2 metodik vəsait, 30 elmi məqalə, 15 tədris proqramı, 42 elmi-praktiki konfransların tezisləridir. Elmi əsərlərin 76,3 ç.v. həcmində olan hissəsi dissertasiyasının müdafiəsindən sonra dərc edilmişdir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

hamidova_lala20bd1da1a411IMAG1083lalafa330898f7flala_kamid

 Dos. L.Həmidova UNEC NEWS-da

UNEC alimləri beynəlxalq konfransda (17.05.2017)