İqtisad Elmləri namizədi, Dosent Quluzadə Tapdıq Həsən oğlu
1972.01.02 Tovuz rayonunun Pələngli kəndində anadan olmuşdur.
1979-cu ildə Pələngli orta məktəbinin 1-ci sinfinə getmişdir.
1989-cu ildə Çatax kənd orta məktəbini bitirmişdir.
1989-cu ildə Azərbaycan Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakultəsinə daxil olmuşdur.
Bakı Dövlət Universitetinin Mexanika və riyaziyyat fakültəsini bitirərək, Riyaziyyat müəllimliyi ixtisasını almışdır.
1994-1996- cı illərdə hərbi xidmətə yollanmışdır.
1997-ci il yanvar ayından ADİU-nin baş laborant, müəllim, baş müəllim vəzifələrində çalışmışdır.
*
Hal-hazırda UNEC-in «Riyaziyyat və statistika» kafedrasının dosentidir.
2003-cü ildə o özünün «İqtisadi və riyazi metodlar» -003 üzrə dissertasiyasını müdafiə etmiş və İqtisad elmləri namizədi adına layiq görülmüşdür.
o 25-dən artıq elmi məqalənin, 2 tərcümənin, «Riyaziyyat-1», «Riyaziyyat-2» fənləri üzrə metodiki göstərişlərin, sillabusların və dərsliklərin müəllifidir. O «Riyaziyyat-1», «Riyaziyyat-2» üzrə 6 dərsliyin və «Maaliyə Riyaziyyatı» (tərcümə kitabı) nın həmmüəllifidir. (2006-2014).
Evlidir və 2 övladı var.