1952-ci ildə avqustun 6-da Qərbi Azərbaycan Axta rayonunun Sölək kəndində anadan olmuşdur.
1969-cu ildə Göyçə mahalının Ardanış kənd (Erm. SSR,Krasnoselsk rayonu) orta məktəbini bitirərək D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (Azərbaycan Dövlət İqtisad Universiteti) qəbul olmuşdur.
1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
1974-1975-ci illərdə ordu sıralarında xidmət etmişdir.
1978-ci ilə qədər ticarət sistemində; 1982-ci ilə qədər sığorta sahəsində işləmişdir.
1982-1985-ci illərdə iqtisad Universitetinin “Maliyyə” kafedrasının aspirantı olmuşdur.
1986-1992-ci illərdə kafedranın baş laborantı, müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.
*
2007-ci ildə “ Dövlət büdcəsinin xərclərinin formalaşdırılması problemləri” movzusunda dissertasiya müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
Hazırda UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.*