1977-ci ildə Bakı şəhərində anadan olub.
1995-1999-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr təhsilini almışdır.
1999-2001-ci illərdə həmin ixtisasın magistraturasında təhsilini davam etdirmiş və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
2002-ci ildən AR Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunda Statistika ixtisası üzrə dissertantı olmuşdur.
2007-ci ildə Statistika ixtisası “Bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasının büdcə gəlirlərinin formalaşmasının statistik öyrənilməsi və qiymətləndiriılməsı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
2003-cü ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin «Statistika» kafedrasında müəllim və baş müəllim vəzifəsində işləyib.
Hazırda UNEC-in “Riyaziyyat və statistika” kafedrasının müdir müavini vəzifəsində çalışır.
Ümumi həcmi 30 çap vərəqi olan 18 ədəd elmi-metodiki işi dərc edilmişdir, o cumlədən 2 dərs vəsaiti: “Maliyyə və bank statistikası” (9 ç.v.) və magistr hazirligi ücün “Statistika” adlı dərs vəsaiti birgə müəllifliklə (mənə aid olan hissə 10 ç.v.), 9 proqram və 8 elmi məqalə. “Biznes statistikası” adlı dərs vəsaitinin tərcüməsində iştirak etmiş və 3 proqram tərcümə etmişdir.
UNEC tələbələri beynəlxalq olimpiadada qalib gəliblər (30.05.2017)