1952-ci ildə Bakı şəhərində anadan olub.
1969-cu ildə Bakı şəhəri 44 saylı orta məktəbi bitirib.
1974-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirərək və «İqtisadçı-siyası iqtisad müəllimi» ixtisasını alıb.
Həmin ali məktəbdə baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
1974-cü il noyabr – 1975-ci il noyabr dövründə hərbi xidmətdə olub.
Təhsil aldığı və işlədiyi müddətdə – İnstitut Tələbə Elmi Cəmiyyətinin sədri, institut komsomol komitəsinin üzvü, fakültə partiya bürosunun üzvü olub. Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekan müavini vəzifəsində işləyib.
*
1973-75-ci illərdə yerli Xalq Deputatları Sovetinin deputatı olub. Dəfələrlə mükafatlara layiq görülüb. 2 dəfə SSRİ XTNS-nın medalları, ÜİLKGİ MK-nin fəxrı fərmanı və başqa mükafatlar alıb.
1974-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində sınaq-müsabiqəsini keçərək ABŞ-da Vaşinqton İqtisadi İnkişaf İnstitutunda oxumağa göndərilib. «Bazar iqtisadiyyatının əsasları» kursunu bitirib və Ümumdünya Bankının sertifıkatını alıb.
1990-cı ildə iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat” kafedrasının dosentidir.
Ailəlidir, üç övladı var.