1972-ci ildə anadan olmuşdur.
1979-1989 illərdə Bakı şəhəri Səbayil rayonu 6 saylı orta məktəbdə oxumuşdur.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili ixtisasını bitirmişdir.
1998-ci ildən «İqtisadi təhlil və audit» kafedrasında laborant; 2003-cü ildən müəllim; 2007-ci ildən baş müəllim vəzifəsində çalışıb.
1998-ci ildən dissertanturaya qəbul edilmişdir. 08.00.12 – «Mühasibat uçotu, statistika» ixtisası üzrə «Azərbaycan Respublikası müəssisələrinin xarici iqtisadi fəaliyyətinin təhlili (kənd təsərrüfati məhsullarını emal edən müəssisələrin timsalında)» mövzusunda namizədlik dissertasiyasını tamamlamış və 2013-cü ilin aprel ayının 29-da müdafiə etmişdir. İqtisad üzrə fəlsəfə doktorudur.
2017 ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti vəzifəsində çalışır.
*
Dos. E.Babaşirinova UNEC NEWS-da