13 oktyabr 1977-ci ildə anadan olmuşdur.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirib, həmin il Universitetin magistratura pilləsinə daxil olmuşdur.
2002-ci ildə magistratura pilləsini də fərqlənmə diplomu ilə bitirmişdir.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı olmuşdur.
2010-cu ildə AMEA-nın İqtisadiyyat İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2000-2001-ci illərdə İqtisad Universitetinin Elm şöbəsində baş inspektor,
2001-2013-cü illərdə “Biznesin idarə edilməsi” kafedrasında müəllim vəzifələrində işləmişdir.
2013-2014-ci illərdə “Biznesin idarə edilməsi” kafedrasının baş müəllimi,
2014-cü ildən dosent vəzifəsində işləmişdir.
2015-ci ildə elmi-pedaqoji fəaliyyəti və universitetin ictimai həyatındakı fəal iştiraklarına görə UNEC-in Fəxri Fərmanı ilə təltif edilib.
2017-ci ildən UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosentidir.
Milli iqtisadiyyatın aktual problemlərinə aid 70-dən çox elmi əsərin, o cümlədən 2 dərsliyin həmmüəllifi və 1 dərs vəsaitinin müəllifidir. Bir sıra elmi jurnalların redaksiya şurasının üzvüdür.
Ailəlidir, iki övladı var.