Suqra_Humbatova11“İqtisadiyyat” kafedrasının müdiri
i.f.d., dos. Suqra İnqilab qızı Hümbətova

e-mail: [email protected]

1979-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1996-cı ildə biologiya-kimya təmayülü ilə “Zəngi” liseyini əla qiymətlərlə bitirmişdir.

2000-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC) bakalavr pilləsini “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplom ilə bitirmişdir.

2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pilləsini “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplom ilə bitirmiş, magistr dərəcəsinə layiq görülmüşdür.

2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Daxili bazarın qorunması və iqtisadi təhlükəsizliyinin təmin olunmasında qiymət amilindən istifadə yolları” mövzusunda dissertasiya işini 5308.01 şifrəsi “Ümumi iqtisadiyyat” ixtisası üzrə müvəffəqiyyətlə müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşdür.

2014-cü ildən “Aqrar bazarda tədiyyə qabiliyyətli tələbin artırılması istiqamətləri” mövzusu üzrə İqtisad elmləri doktoru proqramı üzrə tədqiqat aparır.

2001-2014-cü illərdə “Qiymət və qiymətləndirmə” kafedrasının baş laborantı işləmişdir.

2014-2018-ci illər ərzində “Qiymət və qiymətləndirmə” kafedrasında müəllim vəzifəsində çalışmışdır.

2018-2019-cu illərdə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “İqtisadiyyat və idarəetmə” kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır.

2020-ci il tarixdən həmin kafedranın dosenti vəzifəsinə keçirilmişdir. Eyni zamanda “İqisadiyyat”, “Statistika”, “Sənayenin təşkili və idarə olunması” ixtisasları üzrə proqram rəhbəri olmuşdur.

Tədris etdiyi fənlər siyahısında “Ali Mikroiqtisadiyyat”, “Ali Makroiqtisadiyyat”, “Dövlət sektorunun iqtisadiyyatı”, “Qiymət və dövlətin antiinhisar siyasəti”, “Qiymət və qiymətləndirmə”, “İnvestisiya layihələrinin qiymətləndirilməsi”, “Tədqiqat metodları” və “Akademik Yazı” yer almışdır.

2017-2019-cu illərdə UNEC-in SABAH Qruplarında “Qiymət və qiymətləndirmə” fənnini azərbaycan və ingilis dillərində tədris etmişdir.

2017-ci ildə UNEC-in “Gənc Müəllimlər Şurası”nın idarə heyətinin üzvü, 2018-ci ildə UNEC “Gənc Alimlər Şurası”nın üzvü seçilmişdir.

2016-2019-cu illərdə UNEC-in “Keyfiyyət elçisi” olmuşdur.

2011-ci ildə “Heydər Əliyev və Müstəqil Azərbaycanın 20 illik Sosial-İqtisadi İnkişafı” mövzusunda Respublika Elmi Məqalə Müsabiqəsində Doktorantlar arasında I yerə layiq görülmüş və mükafatlandırılmışdır.

2017-ci ildə UNEC-də “Elm aylığı” çərçivəsində professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və tələbələr arasında keçirilən elmi məqalə müsabiqəsində III yeri tutmuşdur.

2017-ci il Türkiyə Respublikasının İsparta şəhərində UNEC ilə Süleyman Demirel Universitetinin birlikdə təşkilatçılığı ilə “II Beynəlxalq İqtisadi və İnzibati Perspektivlər: Dayanıqlı Qlobal Rəqabət (İnternational Economic and Administrative Perspectives (CIEP) Sustainable Global Competition)” mövzusunda beynəlxalq konfransda “Azərbaycanda rəqabət yönümlü iqtisadiyyatın formalaşmasında (istehlak və tədiyyə qabiliyyətli) tələbin rolunun təhlili” mövzusunda məruzə ilə çıxış etmişdir.

2018-ci ildə Türkiyə Respublikası İstanbul Universitetində UNEC-in qarşılıqlı elmi əməkdaşlıq çərçivəsində təcrübə proqramında iştirak etmişdir.

2018-ci ildə Türkiyənin İstanbul şəhərində Uluslararasi Stratejik ve Sosyal Araştırmalar Simpozyumunda məruzə ilə çıxış etmiş və bölmə moderatoru olmuşdur.

2019-cu ildə UNEC-in təşkilatçılığı ilə British Council-ın keçirdiyi “Academic Writing” kursunu müvəffəqiyyətlə bitirmiş və Aptis imtahan nəticəsi olaraq B2 səviyyə sertifikatı qazanmışdır.

2017-ci ildə “Web of Science” elmmetrik bazadan istifadənin əsasları, UNEC, Clarivate Analytics;

*

*

2018-ci ildə “Elmi-tədqiqat işlərinin əsas nəticələrinin beynəlxalq nüfuzlu nəşrlərdə dərc olunması mexanizmi” UNEC, Clarivate Analytics;

2018-ci ildə “Müasir müəllimin fərdi işçi planının (Syllabus) tərtibi” Azərbaycan Respublikası Təhsil Nazirliyi, ADA Universiteti, SABAH Mərkəzi;

2020-ci ildə UNEC-in təşkilatçılığı ilə “Distant təhsildə tədrisin təşkili və metodiki təminat” mövzusunda;

2021-ci ildə Elsevier-in təşkilatçılığı ilə “Best practices for submitting to Lancet journals and open access options” mövzusunda təşkil olunan və ixtisası üzrə bir sıra digər təlimlərdə iştirak etmiş və sertifikatlar qazanmışdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Professor-müəllim heyətinin differensial əmək haqqı sistemi”ndə 2017/2018-ci ildən hazırki tədris ili də daxil olmaqla ilk 10-luğunda qərarlaşmışdır.

Hirsch Index – 11, məqalələrinə istinad sayı – 569, i-10 indeksi 12-dir.

2001-ci ildən Azərbaycan və ölkədən kənarda o cümlədən, Web of science, Scopus bazasında indeksləşdirilən elmi jurnallarda xarici universitetlərin akademik heyəti ilə həmmüəllifliklə nəşr olunan məqalələr (39 məqalə) də nəzərə alınmaqla 100 elmi əsərin (o cümlədən, metodik göstərişlər, fənn proqramları və 1 dərslikdə həmmüəlliflik) müəllifidir.

2019-cu ildən UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Elmi Şurasının üzvü, UNEC FD 1.11 Dissertasiya Şurasının nəzdində elmi seminarın üzvü olmuşdur.

İxtisas şifrinə uyğun olaraq 3 iqtisad üzrə fəlsəfə doktoru proqramı istiqamətində dissertant və magistratura səviyyəsi üzrə 30-a qədər magistranta elmi rəhbərlik etmişdir.

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Böyük Zəfər Günü və Dünya Elm Günü ilə əlaqədar təşkil etdiyi və keçirdiyi “Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinə təqdim olunan “Do High Oil Prices Obstruct the Transition to Renewable Energy Consumption?” elmi tədqiqat işinə görə II yerə layiq görülmüş və mükafatlandırılmışdır.

2021-ci ildə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuşdur.

02.09.2022-ci il tarixindən “İqtisadiyyat” kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir.

2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının müvafiq əmri ilə iqtisad elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün UNEC Dissertasiya Şurasının elmi katibi təyin edilmişdir.

UNEC-də “Tədqiqatçı” adlarının təsis edilməsi haqqında müvafiq əmrə əsasən 2023/2024-cü tədris ilində “Tədqiqatçı-dosent” statusuna layiq görülmüşdür.

2024-cü ildə UNEC Xanım Tədqiqatçılar Şurası ilə Macarıstanın Obuda Universiteti arasında elmi əməkdaşlıq çərçivəsində “Qonaq professor” qismində (Short-term Habilitation Period) təqaüdlü tədqiqat proqramında iştirak etmiş, “Kelety Karoly Biznes və Menecment fakültəsi”ndə “İqtisadi artımın ekoloji mühitə və bərpa olunan enerji istehsalına təsiri: Azərbaycan və Macarıstan timsalında” mövzusunda birgə tədqiqat aparmışdır.

Obuda Universitetinin Scopus bazasında indesləşən Q1 kateqoriyalı “Special Issue on Management Studies” xüsusi buraxılışında redaktorlar siyahısında yer alıb.

27 mart 2024-cü ildə Macarıstanın Dunaujavros Universitetində “Yaşıl iqtisadiyyat və dayanıqlılıq” mövzusuna həsr olunan beynəlxalq elmi konfransda çıxış etmişdir.

2024-cü ildə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin müşaviri seçilmişdir.

Ailəlidir, iki övladı var.
*

dos. S.Hümbətova UNEC News-da

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle