24 fevral 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1994-cü ildə orta məktəbi bitirmişdir. Həmin il sentyabrnın 14-də Ümumilli liderimiz Heydər Əliyevin ali məktəblərə qəbul olmuş tələbələrlə keçirdiyi görüşdə çıxış etmişdir.
1999-cu ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini Maliyyə kredit ixtisası üzrə bitirmişdir.
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura fakültəsinin Maliyyə və kredit ixtisasına daxil olmuş;
2003-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.
2001-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunda laborant, iqtisadçı və ümumi şöbənin rəisi vəzifələrində işləmişdir.
2003-cü ildən İqtisad Universitetinin “Maliyyə” və “Bank işi” kafedralararası tədris-təcrübə laboratoriyasında laborant işləmişdir.
2005-ci ildən “Vergi və vergiqoyma” kafedrasında saat hesabı müəllim işləmişdir.
2003-2008-ci illərdə İqtisad Universitetinin dissertantı olmuşdur.
2011-ci ildən baş müəllim vəzifəsində çalışıb.
Hazırda UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.
*
24 noyabr 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin nəzdində yaradılmış FD.01.211 dissertasiya şurasında “Optimal büdcə vergi siyasətinin formalaşması problemləri” mövzusunda yazdığı dissertasiya işini müdafiə etmiş, 04.06.2013-cü ildə AR Prezidenti yanında Ali attestasiya komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.
27.11.2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının T-393 № li qərarı ilə Fəxri Fərmanla təltif edilmişdir.
15 elmi əsərin müəllifidir.
Bir sıra beynəlxalq elmi konfranslarda iştirak etmişdir.
“Kiçik və orta sahibkarlıq strukturlarında vergi mexanizminin tətbiqi xüsusiyyətləri” (10.11.2017)
“Vergilər” mövzusunda tələbə və magistrlər arasında 10-cu olimpiada keçirilib (16.12.2016)