Gənclər və İdman Nazirliyinin dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə keçirilən “İlin tələbəsi” müsabiqəsində UNEC-in prorektoru “2017-ci il ərzində TGT-nin fəaliyyətinin təkmilləşdirilməsinə və səmərəliliyinin artırılmasına göstərdiyi xüsusi köməyə görə” təşkilatçılar tərəfindən təltif edilib.
UNEC-in Tələbə Gənclər Təşkilatı isə 2017-ci ildəki uğurlu fəaliyyətinə görə “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyasının qalibi seçilib.
Prorektor S.Qəndilovanı və UNEC-in Tələbə Gənclər Təşkilatının üzvlərini təbrik edir, bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayırıq!