Kafedra müdiri: dosent Cəfərli Hənifə Alhüseyn oğlu

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
Telefon: +(994) 12 492-69-66

5212 2

Kafedra haqqında

XX əsrin 20-ci illərinin sonlarından başlayaraq Azərbaycan Dövlət Universitetinin  İqtisad fakultəsində “Təsərrüfat fəaliyyətinin təhlili” fənni tədris olunmağa başlamışdır. Bu kurs Azərbaycan  Dövlət Universitetinin əvvəlki sələflərinin bütün fakultələrinin əsas fənlərindən biri olmuşdur. 1929-cu ildən 1972-ci ilədək «İqtisadi təhlil» (yaxud «Təsərrüfat fəaliy­yətinin təhlili») fənni «Mühasibat uçotu və təsərrüfat fəaliyyə­tinin təhlili» kafed­rasının tərkibində tədris edilmişdir. 1972-ci ildə həmin kafedranın bazasında iki müstəqil kafedra – «Mühasibat uçotu» və «İqtisadi təhlil» kafedraları yaradıldı. Hazırkı dövrdə «İq­tisadi təhlil» kafedrası respub­likamızda iqtisadi təhlil sahəsində tədris proqramları, dərslik və dərs vəsaitləri, metodik göstərişlər və s. hazırlayan yeganə kafedradır.

«İqtisadi təhlil və audit» kafedrasına müxtəlif illərdə prof. Ə.Fərəcov, dos. S.Səmədov, dos. İ.Mahmudov, prof. H.İ.Nama­zə­li­yev, prof. R.Əliyev rəhbərlik etmişlər. Sonrakı vaxtlarda kafedraya i.e.n., dosent T.Ş.Zeynalov (2000-2001), i.e.n., prof. F.M.Quliyev (2001-2007), i.e.n., dosent C.B.Na­mazova (2007-2011) baş­çılıq etmişlər. 2011-ci ildən kafedraya dos. Hənifə Cəfərli rəh­bərlik edir.

Kafedranın əsas məqsədi, müxtəlif səviyyəli strategiyaların for­malaşması və həyata keçirilməsi sahəsində, eləcə də ölkənin, region­ların və müəssisələrin sabit sosial inkişafı üçün zəruri mexa­nizmlərin hazırlanması və texnologiyaların həyata keçirilməsi pro­sesində müvafiq biliklərə və bu bilikləri effektiv surətdə tətbiq etmək bacarığına malik olan müasir təhlilçi və auditorların hazırlanması, Azərbaycan cəmiyyətinin bu istiqamətdə artan tələbatının təmin edilməsindən ibarətdir.

Kafedra respublikada Mühasibat uçotu və audit ixtisası üzrə dərin bilikli bakalavr, magistr və aspirant hazırlayan yeganə tədris və elm mərkəzidir.

«İqtisadi təhlil və audit» kafedrasında Uçot-iqtisad fakültəsi üzrə bakalavr təhsil pilləsində İqtisadi təhlilin nəzəriyyəsi, İqtisadi təhlil, İdarəetmə təhlili, Praktik audit, Maliyyə-iqtisadi təhlil, Maliy­yə hesabatlarının təhlili, Audit kimi müasir fənlər tədris edilir.

Magistratura Mərkəzində Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan ma­gistrlərə “Maliyyədə iqtisadi təhlil”, “İqtisadi təhlilin beynəlxalq stan­dartlara uyğunlaşdırılması”, “Audit xidmətində iqtisadi təhlil”, “Xarici iqti­sadi fəaliyyətin təhlili” və s. kimi fənlər tədris olunur.

Uçot-iqtisad fakültəsində təhsil alan tələbələrin elmi-tədqiqat, elmi-pedaqoji və buraxılış işi qabağı istehsalat təcrübələri də kafed­rada layiqincə təşkil olunub. Bunun üçün kafedra rəhbərliyinin Azər­baycan Dövlət Neft Şirkəti ilə bağlamış olduğu razılaşmaya əsasən tələbələrimiz ADNŞ-in müxtəlif təşkilatlarında təcrübə keçir və nə­zə­ri biliklərini praktiki olaraq həyata keçirmə imkanına malik olurlar.

«İqtisadi təhlil və audit» kafedrasının əməkdaşlarının «Statistika» kafedrasının əməkaşları ilə birlikdə yerinə ye­tir­­miş olduqları «Makroiqtisadi göstəricilər və əhalinin həyat səviy­yəsi» və «İnvestisiya və innovasiya proseslərinin statistik qiymət­lənd­i­ril­məsi məsələləri» mövzusunda dövlət sifarişi əsasında yerinə ye­tirilmiş elmi-tədqiqat işləri Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən qəbul olunmuşdur.

Kafedranın əməkdaşları Rusiyanın, Belorusiyanın İqtisad uni­versitetləri ilə, xüsusilə Moskva Dövlət Universitetinin «Müha­sibat uçotu və iqtisadi təhlil» kafedrası ilə uzun illərdir ki, sıx əməkdaşlıq edir. Kafedranın professor-müəllim heyəti mütəmadi olaraq Ukray­nanın, Gürcüs­tanın İqtisad universitetlərində müxtəlif elmi tədbirlər­də, müdafiə şuralarında iştirak etmiş və ya orada müdafiə edən iqtisadçıların elmi işlərinə rəy vermiş, onlara opponentlik etmişlər.

Kafedranın əməkdaşları hər il 150-200 ç.v. həcmində dərslik, dərs vəsaiti, metodiki göstərişlər çap etdirirlər. Son illərdə prof. İ.M.Mahmudov, dos.T.Ş.Zeynalov, dos.N.M.İ­s­ma­yı­lo­vun birgə müəllifliyi ilə «İqtisadi təhlil», i.e.d. S.Y.Müslümov və dos.R.N.Ka­zımovun birgə müəllifliyi ilə «Maliyyə iqtisadi təhlil», dos. C.B.Namazova və dos. R.N.Kazımovun birgə müəllifliyi ilə «Praktiki audit» dərslikləri tələbələrin istifadəsinə verilmişdir.

Professor-müəllim heyəti:

  1. i.e.n., dos. Cəfərli Hənifə Alhüseyn (kaf. müdiri)
  2. i.e.d., prof. Namazova Cəmilə Bayraməli
  3. i.e.n., dos. İsmayılov Niyazi Musa
  4. i.e.n., dos. Zeynalov Teymur Şamil
  5. i.e.n., dos. Yüzbaşev Çingiz Rüstəm
  6. i.e.n., dos. Zərbəliyev Cəmaləddin Camo
  7. i.e.n., dos. Kərimov Azər Mahmud
  8. i.e.n., dos. Əhmədov Mahmud Əmirsoltan
  9. i.e.n., dos. Hacıyev Fazil Şöhlət
  10. i.e.n., dos. Kazımov Rahib Nadir
  11. i.e.n., dos. Məmmədova Aidə Qasım
  12. i.e.n., dos. İbadoğlu Qubad İbad
  13. i.e.n., dos. Abbasova Sevinc Ağaməmməd
  14. i.f.d., b/m. Abdullayeva Aynur Sabir
  15. i.f.d., b/m. Babaşirinova Esmira Məmmədşirin
  16. b/m. Mirzəyeva Firuzə Müştəba
  17. i.f.d. Hacıyeva Amaliya Rauf
  18. müəl. Fərəcova Dilbər Daşdəmir

*

Məsləhətçi

i.e.d. Əliyev Ramil Beqlyar – prof.-məsl.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno