Martın 2-də UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “ISE Economic Talks” layihəsinin ilk müzakirəsi keçiriləcək.
UNEC-in yeni iqtisadi platforması olan “ISE Economic Talks”un ilk görüşündə dünya gündəmində ən çox müzakirə edilən “Trumponomics” mövzusu müzakirə olunacaq. Mövzu barədə Beynəlxalq İqtisadiyyat Məktəbinin rəhbəri Anar Rzayev çıxış edəcək. Müzakirələr Azərbaycan dilində keçiriləcək.
“ISE Economic Talks”ın ilk görüşü UNEC-in əsas tədris binasında yerləşən Karyera Mərkəzində (otaq 200), saat 14:00-da keçiriləcək. Müzakirəyə qatılmaq istəyənlər Facebook səhifəsində qeydiyyatdan keçə bilərlər.
Layihənin məqsədi UNEC-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. Layihə çərçivəsində, qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirə ediləcək. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “Müzakirə günü” təşkil olunacaq.
Ayda iki dəfə təşkil olunacaq müzakirələrin mövzuları səsvermə yolu ilə seçiləcək. Təkliflərə əsasən, yeni müzakirə istiqamətləri müəyyənləşdiriləcək. Müzakirələr həmçinin UNEC-in virtual iqtisadi forumu Diskurs.az-da da yayımlanacaq. “ISE Economic Talks” layihəsinin rəhbəri UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadədir.