Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təqdim etdiyi “İşgüzar çay fasiləsi” layihəsi davam edir. Növbəti görüş Biznes inzibatçılığı fakültəsinin tələbələri ilə “FAB Boya və Kimya Sənayesi” MMC-də təşkil edilib.
Tələbələrlə görüşən şirkətin kadr siyasət iüzrə baş direktorun müavini Ağarəhim Abdurəhmanov onlara öz uğur hekayəsindən danışıb, ilk karyera addımlarını atmaqda faydalı olacaq məsləhətlər verib.
Sonra tələbələrə istehsal sahələri və müasir laboratoriyalar nümayiş etdirilib. Görüşün sonunda tələbələrə şirkətin xüsusi hədiyyələri təqdim edilib.
Qeyd: UNEC Karyera Mərkəzinin təqdim etdiyi və korporativ sektorun iştirakı ilə həyata keçirilən “İşgüzar çay fasiləsi” layihəsi əsasən çay süfrəsi arxasında ölkənin aparıcı şirkətlərində rəhbər vəzifədə işləyən insanlarla UNEC tələbələrinin qeyri-rəsmi görüşündən ibarətdir. Görüş zamanı iş adamları tələbələrlə biznes həyatını müzakirə edir, öz həyat təcrübələrini bölüşürlər.