e-mail: [email protected]
5 dekabr 1975-ci ildə Lənkəranda dünyaya gəlmişdir.
1992-cil ildə Bakı şəhərində BDU-nun nəzdindəki 1 nömrəli Fizika, riyaziyyat və informatika təmayüllü liseyi bitirmiş, həmin il İstanbul Universitetinə daxil olmuşdur. 1993-cü ildə dil hazırlığı üzrə Ankara Universiteti TÖMER, 1998-ci ildə İstanbul Universitetinin Siyasi Elmlər Fakultəsinin Menecment ixtisası üzrə bakalavr, 2001-ci ildə Mərmərə Universitetinin Sosial Elmlər İnstitutunun İqtisadi Siyasət ixtisası üzrə magistratura təhsili almışdır.
2007-ci ildə Səlcuq Universitetinin Sosial Elmlər İnstitutunun İqtisadiyyat ixtisası üzrə doktorantura pilləsini tamamlayaraq iqtisad elmləri üzrə fəlsəfə doktoru (PhD) alimlik dərəcəsini almışdır. Doktorantura sonrası (PostDoc) fəaliyyətini 2013-cü ildə Avropa Komissiyası Erasmus Mundus Alrakis II proqramı ilə Polşada-Varşava Universitetində (SGGW), 2014-2015-ci tədris ilində isə ABŞ Dövlət Departamentinin Fulbrayt (Fulbright) programı ilə Amerikada- Arizona Dövlət Univseristetində (ASU) tədqiqatçı kimi davam etdirmişdir. 2016-2017-ci tədris ilinin payız semestrində Avropa Şurasının Erasmus+ KA 107 proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetində 1 semestr boyunca dərs demişdir.
*
Əmək fəaliyyətinə özəl sektorda icraçı direktor olaraq başlamış, 2004-cü ildən isə təhsil sektorunda fəaliyyətini davam etdirmişdir. Bu illər ərzində Azərbaycan Memarlıq və İnşaat Universitetində, Qafqaz Universitetində, Xəzər Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müxtəlif vəzifələrdə çalışmışdır.
2017-ci ilin mayından 2022-ci ilin sentyabrına kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadiyyat (ingilisdilli)” kafedrasının müdiri vəzifəsində çalışıb.
Hazırda Bakı Ali Neft Məktəbinin “Biznesin idarə edilməsi” kafedrasının müdiridir.
03.06.2019-cu il tarixindən Bilik iqtisadiyyatı UNEC tədqiqat mərkəzinə ictimai əsaslarla rəhbər təyin edilib.
UNEC-in iqtisadi platforması “ISE Economic Talks”da müzakirə: “Kriptovalyutalar: qlobal çağırış və Azərbaycan” (01.03.2018)
UNEC-in nümayəndə heyəti belnəlxalq konfransda ABAD mərkəzlərindən bəhs ediblər (22.09.2017)