1987- ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis – Alman dilləri fakultəsini bitirib.
2000-2014-cü illərdə Azərbaycan Dillər Universitetində,
Qərb Universitetində, Bakı Dövlət Universitetində çalışıb.
2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici dillər” kafedrasında müəllim, 2019-cu ildən isə baş müəllim kimi fəaliyyət göstərir.
20-dən artıq xarici və yerli təlimləri tamamlayıb, beynəlxalq və respublika konfranslarında məruzələrlə çıxış edib.
*
2014-2018-ci illərdə AMEA Dilçilik İnstitutu Hind-Avropa dilləri şöbəsinin dissertantı olub. 2022-ci ildə Azərbaycan Dillər Universitetində “German dilləri” ixtisası üzrə dissertasiya işini müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Azərbaycan İngilis Dili Müəllimlər Assosiasiyasının (AzETA) üzvüdür. IELTS və İşgüzar İngilis
Dili (ESP) üzrə Tədris Proqramlarının və müasir dilçiliyin aktual problemlərindən, zəruri
məsələlərindən bəhs edən bir sıra elmi-metodik məqalələrin müəllifidir.