1976-cı ildə Bakı şəhərində doğulub.
1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun Təhsil, elm və sosial-mədəni sahələrin iqtisadiyyatı ixtisası üzrə bakalavr; 1997-1999-cu illərdə magistr dərəcəsi üzrə təhsil alıb.
2000-2003-cü illərdə İqtisad Universitetinin aspiranturasını bitirib.
2000-ci ildən İqtisad Universitetinin «Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi» kafedrasında müəllim, 2018-ci ildən baş müəliim vəzifəsində çalışıb. Hazırda UNEC-in “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrasının baş müəllimidir.
16-17 aprel 2007-ci ildə Ümumdünya Turizm Təşkilatının «Turizm marketinqi və turizmdə reklam texnikası» beynəlxalq seminarında sertifikatla təltif edilib.
21-22 iyun 2007-ci ildə «İslam Konfransı Təşkilatına üzv ölkələrin iqtisadiyyatında turizmin rolu» Beynəlxalq elmi-praktiki konfransında «Azərbaycanda turizm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri: təkliflər» mövzusunda çıxış edib.
8 dekabr 2007-ci il tarixində Azərbaycan Turizm İnstitutunda «Turizm və rekreasiya: problemlər və perspektivlər» adlı I Respublika elmi-praktiki konfransında;
22 noyabr 2008-ci ildə II Respublika elmi-praktiki konfransında;
19 dekabr 2009-cu ildə III Respublika elmi-praktiki konfransında universitetimiz adından müxtəlif mövzular üzrə çıxış etməklə sertifikatlarla təltif edilib.
29 aprel 2009-cu ildən Avropa İttifaqının maliyyə dəstəyi ilə «Peşə təhsili və təlimi sahəsndə islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası» layihəsi çərçivəsində turizmdə peşə standartlarının hazırlanması prosesində iştirak edərək mükaflandırılıb.
25-27 may 2016-cı il III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda çıxış edib.
UNEC-lə Mədəniyyət və Turizm Nazirliyi arasındakı əlaqələndirici komissiyanın üzvüdür. UNEC ekspertidir. 2015-ci ildən UNEC-də “Keyfiyyət elçisi”dir. 2015/2016-cı tədris ilində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.
23 elmi məqalənin müəllifi, 18 fənn proqramının həmmüəllifidir.
UNEC rektorunun 24 aprel 2017-cı il əmrinə əsasən Distant, Qiyabi və Əlavə təhsil Mərkəzinin Qiyabi təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
2022-ci ilin oktyabrında “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatına yeni sədr və sədr müavini seçkiləri keçirilib. Yalçın Köçərli təşkilatın sədr müavini seçilib.
Ailəlidir. Üç övladı var.
**
*
UNEC tələbələrinin missiyası – paytaxtın beynəlxalq imicinin formalaşdırılması (13.03.2018)
UNEC əlavə təhsil sahəsində İZU təcrübəsindən yararlanacaq (28.02.2018)
UNEC-in gənc müəllimləri Türkiyədə Xocalı soyqırımından bəhs ediblər (22.02.2018)
UNEC eksperti: “Azərbaycanda ən gənc elmlərdən biri turizmdir” (25.07.2017)
UNEC-in professor-müəllim heyəti Beynəlxalq Elmi-Praktiki Konfransda iştirak edib (12.04.2017)
“Həmrəylik ili İslam ölkələrindən gələn turistlərin sayını artıracaq” (03.02.2017)
UNEC tələbələri Qafqaz Tufandag Mountain Resort Hotelində təcrübə keçəcəklər (20.12.2016)