İxtisaslaşmanın məqsədi:
Marketinq ixtisaslaşması magistrantı istehlak məhsulları, maliyyə xidmətləri, dəbdəbəli (luxury) məhsullar, yüksək texnologiya (hi-tech), KİV (media) və digər sahələr üzrə peşə fəaliyyətinə hazırlayır. Bu ixtisas əsasən rəqiblər, vasitəçilər (intermediary), əlaqələndiricilər (facilitator), KİV və dövlət sekrotundə məhsul, xidmət, paylama, reklam və qiymətləndirmə (market mix) üzrə tələbin təmin edilməsi yollarını göstərir. Marketinq ixtisasına məhsul və xidmət mübadiləsi kimi deyil, daha çox şaxəli münasibətlər toplusu kimi yanaşılır və bu ixtisas əsasən praktik formatda (case base) təfərrüatı ilə tədris edilir.
MBA proqramının müddəti və ünvanı:
Marketinq ixtisaslaşması üzrə təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində10ümumi fənn üzrə 60 kredit, 4 seçmə (ixtisas) fənn üzrə 24 kredit və buraxılış layihəsi üzrə 12 kredit olmaqla, cəmi 96 kreditlə tamamlanır.
Bu ixtisas üzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə30 kredit, 4 seçmə (ixtisas) fənn üzrə 12 kredit və buraxılış layihəsi üzrə 6 kredit olmaqla, cəmi 48 kreditlə tamamlanır.
Dərslər payız, yaz və yay semestrlərində həftədə iki dəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: [email protected],tel/fax +99412 4976267
MBA proqramına qəbul şərtləri:
Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr dərəcəsi almış namizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtahanından uğurla keçməklə MBA proqramına qəbul olunurlar.
MBA proqramında tədris metodlarının üstünlükləri:
Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yüksəldilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılmasınıa müasir biznes informasiyasının araşdırılmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinın inkişafına, biznes etikası, təqdimat qabiliyyəti, vaxtın idarəedilməsi və sahibkarlıq məntiqinin formalaşdırılmasına şərait yaradır. Proqram magistrantları cəmiyyət, müəssisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlumatlarla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) müzakirə edilir, rol oynama, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və layihə çalışmaları həyata keçirilir və bu zaman müasir tədris metod və texnologiyalarından istifadə edilir. Proqram ictimai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönümlü təşkilatlarda struktur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik idarəedilməsi, qanunvericilikdə və biznes mühitində yeni meyillərin öncədən (proaktiv) araşdırılması vərdişlərini aşılayır. Magistrantın fənni mənimsəməsi həftəlik və yarım semestrlik testlər (quiz), dərsdə iştirak səviyyəsi, ev tapşırıqları və kumulativ (semestr imtahanı) imtahan əsasında (test və yazılı formada açıq suallardan ibarət olmaqla) qiymətləndirilir.
MBA proqramında tədris kadrları:
Proqram UNEC-in müəllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti, ölkədə fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşəkar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş professor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.
Diplom:
Təhsilini tamamlamış magistr öz ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsi və diplomu ilə təltif olunur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.
Marketinq ixtisası üzrə keçirilən fənlər:
Birinci semestr:
SMO 652 Liderlik və təşkilati davranış
MGTSC 501 Biznes statistikası
ECON 503 Menecment iqtisadiyyatı
ACCTG 503 Maliyyə uçotu(F3)
İkinci semestr:
SMO 502 Strategiya, təşkilat və innovasiya
FIN 502 Korporativ maliyyə
MARK 502 Marketinq strategiyası
ACCTG 502 İdarəetmə uçotu(F2)
Üçüncü semestr:
OM 502 Əməliyyatlar menecmenti
BLAW 642 Biznes hüququ(F4)
Dördüncü semestr – 4 əsas seçmə fənn
MARK520 Rəqəmsal marketinq strategiyası
MARK 530 Beynəlxalq marketinq
MARK 525 Firmalar, bazarlarvəböhran
MARK 632 Qiymətstrategiyası
FIN 550 Sahibkarlığıninkişafı
SMO 635 İdeya və innovasiyaların layihələndirilməsi
MARK 615 Pərakəndəsatış
MARK 644 Kreativsənayedəstratejimarketinq
MARK 677 Marketinqtədqiqatları
SMO 634 Texnologiya və qlobal rəqabət
RES 620 Qərarqəbuletmədə tədqiqat metodları
MIS 521 İdarəetmənin informasiya sistemləri
HRM 602 Beynəlxalq biznes etikası və korporativ idarəetmə
BUEC 501 Qlobal mühitdə biznes
BLAW 631 Menecmentin hüquqi aspektləri
Buraxılış layihəsi (Capstone paper) – ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə