“Marketinq” kafedrası magistrantlara tədris prosesinin təşkili, interaktiv üsullardan istifadə qaydaları, dərslərdə tələbələrlə aktiv ünsiyyət üsulunun qurulması istiqamətində ümumi biliklərin verilməsi ilə yanaşı onlara seminar dərslərini aparmaq üçün müvafiq şərait də yaradır.
Fevrlın 23-də 312-ci qrupun magistrantı Novruzzadə Göyçək Nayiq qızı “Beynəlxalq marketinq” fənnindən seminar dərsini aparıb. Seminarda “Marketinq” kafedrasının müdiri, i.e.d.,dos.T.İ.İmanov, fənn müəllimi dos. E.N.Quliyev və “Karyera və işədüzəltmə şöbəsinin” əməkdaşı A.Həsənov iştirak edib.
“Beynəlxalq marketinqin mahiyyəti” mövzusunda seminar dərsini keçən magistrant fənnin mahiyyəti, predmeti, inkişaf mərhələləri, lokal və qlobal marketinq, onların tətbiqi problemlərindən ətraflı danışaraq, tələbələri maraqlandıran sualları da cavablandırıb.
Seminar dərsi elmi-pedaqoji təcrübə keçən magistrantlar və tələbələr tərəfindən maraqla müşayiət olunub.