MBA Departamenti ACCA ilə əməkdaşlığa başlayır

16 OKTYABR 2015 | VIEWS:
3814

ACCA (The Association of Chartered Certified Accountants) Diplomlu və Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasıyasının nümayəndəsi Elena Naumenko Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. MBA Departamentində görüş zamanı MBA Proqramı üzrə keçirilən fənlərin ACCA tərəfindən akkreditasiyası əsas müzakirə mövzusu olub. Əldə olunan razılığa əsasən, ilkin mərhələdə MBA Proqramı üzrə tədris edilən fənlərin silabusları dəyərləndiriləcək. Tədris planlarının uyğunluğu müsbət qiymətləndirildiyi halda, MBA Departamentinin magistrantları ACCA-in F1-F2-F3-F4 mərhələlərini imtahansız adlayaraq, növbəti ACCA mərhələlərini davam edə biləcəklər. Qeyd edək ki, ACCA 9 mərhələdən (F1- F9) ibarətdir.

Qeyd: ACCA dünyada nüfuzlu təşkilatlardan biri olmaqla 170 ölkə tərəfindən tanınır və 500 mindən artıq üzv və tələbələri var.

3815 3