Menecment idarəetmə münasibətlərini formalaşdıran və tənzimləyən idarəetmə prinsiplərini və dəyərini (ümumilikdə idarəetmədə mədəniyyətini) araşdırır. O, təşkilatın daxili və xarici mühit amilləri arasında qarşılıqlı dinamikanı və münasibətləri müəyyənləşdirir. Menecment və ya idarəetmə işgüzar təşkilatın məqsədlərinə çatmaq üçün istifadə olunan metodları, o cümlədən iqtisadi, inzibati sosial-psixoloji metodları və onların elementlərini öyrənir. Menecment insani resurslarını-qrupları kollektivləri, kollektivdaxili dinamkanı, qrupun fəaliyyətinə təsir edən amilləri, kollektivdəki sosial-psixoloji mühiti tətqiq edir. Təşkilat rəhbərlərin (liderlərin) əsas keyfiyyətləri onların hakimiyyət mənbələri (resusrları) və mexanizmləri, rəhbərlik üslübları-direktiv, demokratik və liberal menecerlər tərəfindən əhatə edilir.
*
*
İstehsalın təşkili və idarə olunması, o cümlədən maliyyə, informasiya, texnoloji, material (xammal), insani kimi resursların cəlb edilməsi və təşkili menecment sisteminə daxildir. Təşkilatın zaman baxımından qısa müddətli, orta müddətli və strateji idarə edilməsi menecmentin yanaşmasına aiddir. Bu ixtisas işgüzar təşkilatlarla yanaşı dövlət və bələdiyyə sahəsində idarəetmə ona çatma vasitələrinin seçilməsi ilə yanaşı, bu prosesdə yaranan münaqişələrə, streslərə dəyişikliklərə müqavimət və onların idarə edilməsini məhz menecment öyrənir. Menecment qaydaları, normaları, dəyərləri, həmçinin bütövlükdə təşkilati mədəniyyət və menecment etikasının tərkibində işıqlandırır.