*
UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının EŞ 183 №-li Qərarının icrasını təmin etmək məqsədilə 02.09.2022-ci il tarixdən “Maliyyə və maliyyə institutları” və “Mühasibat uçotu və audit” kafedraları ləğv edilərək onların bazasında “Maliyyə və mühasibat” kafedrası yaradılmışdır.
“Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: Hesabatlıq və şəffaflıq problemləri” (21.09.2017)
UNEC alimləri beynəlxalq forumda çıxış ediblər (29.11.2016)
Universitetdə tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 25.12.2015-ci il tarixli iclasının qərarı ilə ləğv edilmiş “Mühasibat uçotu” və “İqtisadi təhlil və audit” kafedralarının bazasında “Mühasibat uçotu və audit” kafedrası yaradılmışdır.
Azərbaycanda ilk dəfə «Mühasibat uçotu» kafedrası 1928-ci ildə təşkil olunmuş Bakı Sosialist Uçotu İnstitutunun tərkibində yaradılmışdır. Onun təşkilatçısı və uzun müddət rəhbəri professor Əliqulu Fərəcov olmuşdur. 20-ci illərin axırı 30-cu illərin əvvəllərində Mühasibat uçotu Bakı Sosialist Uçotu İnstitutunda, Azərbaycan Ticarət-Kooperativ İnstitutunda, həm də Azərbaycan Dövlət Universitetində müvafiq fakültələrdə bir fənn kimi tədris olunurdu. Bu kafedraların təşkilində, tədris materialları, müəllim kadrları ilə təchiz olunmasında Azərbaycanda mühasibat uçotu və təsərrüfat fəaliyyəti məktəbinin yaradıcısı Ə.S.Fərəcovun böyük xidmətləri olmuşdur.
1930-1960-cı illərdə Azərbaycanda uçot kadrlarının hazırlanmasında prof. Ə.S.Fərəcovla yanaşı, Abdulla Tahirzadənin, V.İ.Dupelskinin, Məmmədiyyə Alxazovun, Fərrux Əfəndiyevin, Agakərim Kərimovun, Məbud Məmmədovun, Əli Kazımovun və başqalarının da müəyyən xidmətləri danılmazdır.
1958-1964-cü və 1966-1972-ci illərdə «Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili» kafedrasına prof. S.İ.Səmədov rəhbərlik etmişdir.
1970-ci ildə «Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili» kafedrasının bazasında iki müstəqil kafedra yarandı:
Yeni yaradılmış «Mühasibat uçotu» kafedrasına respublikanın əməkdar iqtisadçısı, professor A.M.Səlimov (1970-1977), dosent F.M.Quliyev (1977-1980), dosent Y.B.Hüseynov (1981-1986, dosent İ.A.Məmmədov (1986-1987), professor S.M.Səbzəliyev (1987-1994), dosent Q.Ə.Abbasov (1994-2000) rəhbərlik etmişlər. Hazırda kafedranın müdiri profesoor Sifariz Səbzəliyevdir.
2005-ci ildə «Mühasibat uçotu haqqında Qanunun tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman Azərbaycanda mühasibat uçotu və maliyyə hesabatı sisteminin qurulması konsepsiyasını müəyyənləşdirən başlıca sənəd hesab olunur. Bu Qanunun əvvəlki Qanundan əsas fərqi onun bilavasitə konseptual, çərçivə xarakteri daşımasıdır. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 iyun 2005-ci ildə «2005-2008-ci illərdə Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə Proqram» qəbul etmişdir. Bu Proqrama əsasən Maliyyə Nazirliyinin təşkilati və metodiki rəhbərliyi altında kommersiya təşkilatları üçün-37, büdcə təşkilatları üçün-24 və qeyri-hökumət təşkilatları üçün 1 Milli Mühasibat Uçotu Standartları hazırlanmış və artıq həmin sənədlərin tətbiqinə başlanılmışdır.
Standartların tədris prosesində istifadəsilə bağlı zəruri sayılan yeni tədris-metodik vəsaitlər respublika miqyasında «Mühasibat uçotu» kafedrasının əməkdaşları tərəfindən hazırlanır. Çünki mühasibat uçotu sahəsindəki islahatları «Mühasibat uçotu və audit» ixtisası üzrə təhsil prosesində müvafiq islahatlar aparmadan həyata keçirmək qeyri- mümkündür.
İqtisad Universitetinin «Mühasibat uçotu» kafedrası tərəfindən hazırlanılan «Mühasibat uçotu və audit» ixtisası üzrə Dövlət Standartında Milli Mühasibat Uçotu Standartlarının konseptual əsaslarının başlıca prinsiplərini nəzərdə tutan fənlər – «Maliyyə hesabatı», «Nəzarət və təftiş», «İdarəetmə uçotu» və s. daxil edilmişdir. Kafedranın proqramlarında və tədris-metodik vəsaitlərində Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Milli Mühasibat Uçotu Standartlarının konseptual əsasları ilə bağlı əsas müddəalar nəzərə alınmışdır.
Mühasibat uçotunun müasir nəzəriyyəsi və praktikası iqtisadi inkişafın və siyasi yenidənqurmanın gedişində özünün formasını dəyişməkdədir. Bilavasitə bu çərçivədə təsərrüfat prosesləri təzahür edir. Belə bir şəraitdə mühasibat kateqoriyası təsərrüfat prosesində çalışan müəyyən şəxslərin mənafelərini həm əks etdirir, həm də gizlədir. Yeni Standartlar əsasında mühasibat uçotunun nəzəriyyəsinin və praktikasının inkişafının öyrənilməsi tələbələrə və magistrlərə baş verən təsərrüfat proseslərinə obyektiv qiymət verməyə və elmi proqnozlaşdırma texnikasını mənimsəməyə şərait yaradır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Təhsil Nazirliyinin 08 yanvar 2010-cu il tarixli birgə əmrlərinə əsasən «Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarına keçidlə əlaqədar 2010-2012-ci illərdə ali və digər təhsil müəssisələrində yeni muhasibat uçotu və audit üzrə tədrisin təşkilinə və tədrisin peşəkarlıq səviyyəsini təsdiq edən sertifikatlaşdırma sisteminin tətbiq edilməsinə dair» yaradılan beş nəfərlik işçi qrupunun iki üzvü «Muhasibat uçotu» kafedrasının əməkdaşlarıdır (prof. S.M. Səbzəliyev, dos. S.M. Süleymanov). Birbaşa həmin qrupun rəhbərliyi altında keçirilən treninqlərdə «Mühasibat uçotu» kafedrasının professor – müəllim heyətinin 15 nəfəri iştirak etmiş və onlara müvafiq sertifikatların verilməsi nəzərdə tutulmuşdur. Treninqlərdə mühasibat uçotunun beynəlxalq və milli standartlarının konseptual əsaslarını əhatə edən bir sıra mühazirələr dinlənilmişdir.
Tədbirlər planının icrası ilə əlaqədar prof. S.M.Səbzəliyev, dos. S.M.Süleymanov, dos. N.M.İsmayılov 2010-cu ildə aşağıdakı tədris-metodik xarakterli materialları dərc etdirmişlər: «Mühasibat uçotu» fənni üzrə nəzarət sualları və testlər (4,8 ç.v.), «Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tədrisinə dair tədris-metodik vəsait» (3,5 ç.v.), «Milli və beynəlxalq mühasibat uçotu praktikasında tətbiq edilən Hesablar Planı və onların xarakterik xüsusiyyətləri» (4,8 ç.v.); «MHBS və MMUS əsasında maliyyə hesabatlarının formalaşması prinsipləri» (15,0 ç.v.).
Yuxarıda adları sadalanan tədris-metodik vəsaitlərin «Mühasibat uçotu və audit» ixtisası üzrə magistr və bakalavr pillələrində kadr hazırlayan istisnasız olaraq respublikanın bütün dövlət və özəl ali məktəblərində və kolleclərində istifadə olunması məqsədəuyğun sayılmışdır.
Prof. S.M.Səbzəliyevin 2010-cu ildə hazırladığı və beynəlxalq qrif altında dərc olunan «Beynəlxalq və milli uçot terminlərinin izahlı lüğəti» adlı kitabı, prof. Q.Ə.Abbasovun «Mühasibat uçotunun nəzəriyyəsi» adlı dərsliyi (2009-cu il), prof. Q.R.Rzayevin «Mühasibat uçotu və audit» adlı dərsliyi (2008-ci il) xüsusilə qeyd edilməlidir.
Kafedra əməkdaşları tərəfindən son illərdə hazırlanılan monoqrafiyalar aşağıdakılardır: Maliyyə hesabatı: formalaşması və təkmilləşdirilməsi problemləri, 2003-cü il, 16,0 ç.v. (S.M.Səbzəliyev); Beynəlxalq və Milli uçot terminlərinin izahlı lüğəti, 2010-cu il, 16,0 ç.v. (S.M.Səbzəliyev); Neft və qazma sənayesində idarəetmə uçotu və təhlilin problemləri, 2008-ci il, 17,3 ç.v. (S.M.Qasımov); İdarəetmə uçotunun təşkili prinsipləri, 2009-cu il, 18,0 ç.v. (Q.Ə.Abbasov) və s.
Kafedra tərəfindən ingilis alimləri D.Aleksanderin, Anne Brittonun və başqalarının yazdıqları «Международные стандарты финансовой отчетности» adlı monoqrafiya tərəfindən tərcümə olunmuş və ən yüksək poliqrafik üslubda 2009-cu ildə dərc edilmişdir. Bu kitab Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının konseptual əsasları istiqamətində respublika miqyasında işıq üzü görən ən sanballı əsərdir.
2008-ci ildə prof. S.M.Səbzəliyev və dos. M.A.Cavadova tərəfindən V.A.Terexovun «Финансовый учет» adlı dərsliyi rus dilindən tərcümə olunaraq tələbələrin istifadəsinə verilmişdir.
2009-cu ildə kafedranın bir qrup əməkdaşı (prof. S.Səbzəliyev, prof. Q.Abbasov, dos. Ə.Daşdəmirov, dos. S.Süleymanov, i.e.n. H.Hacıyev və laborant S.Hacıbəyova) ARDNŞ-nin sifarişi ilə «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial müəssisələrində mühasibat uçotunun müasir vəziyyəti və onun təkmilləşdirilməsi» mövzusunda təsərrüfat müqaviləli elmi-tədqiqat işi yerinə yetirmişdir.
2009-2010-cu tədris ilindən başlayaraq kafedranın əməkdaşlarının əksəriyyəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkil etdikləri treninqlər vasitəsilə həm Beynəlxalq, həm də Milli Mühasibat Uçotu Standartlarının konseptual əsaslarından tədris prosesində istifadə etmək istiqamətində ixtisaslarını artırmışlar. Onlara müvafiq sertifikatların verilməsi nəzərdə tutulmuşdur.
*
XX əsrin 20-ci illərinin sonlarından başlayaraq Azərbaycan Dövlət Universitetinin İqtisad fakultəsində “Təsərrüfat fəaliyyətinin təhlili” fənni tədris olunmağa başlamışdır. Bu kurs Azərbaycan Dövlət Universitetinin əvvəlki sələflərinin bütün fakultələrinin əsas fənlərindən biri olmuşdur. 1929-cu ildən 1972-ci ilədək «İqtisadi təhlil» (yaxud «Təsərrüfat fəaliyyətinin təhlili») fənni «Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili» kafedrasının tərkibində tədris edilmişdir. 1972-ci ildə həmin kafedranın bazasında iki müstəqil kafedra – «Mühasibat uçotu» və «İqtisadi təhlil» kafedraları yaradıldı. Hazırkı dövrdə «İqtisadi təhlil» kafedrası respublikamızda iqtisadi təhlil sahəsində tədris proqramları, dərslik və dərs vəsaitləri, metodik göstərişlər və s. hazırlayan yeganə kafedradır.
«İqtisadi təhlil və audit» kafedrasına müxtəlif illərdə prof. Ə.Fərəcov, dos. S.Səmədov, dos. İ.Mahmudov, prof. H.İ.Namazəliyev, prof. R.Əliyev rəhbərlik etmişlər. Sonrakı vaxtlarda kafedraya i.e.n., dosent T.Ş.Zeynalov (2000-2001), i.e.n., prof. F.M.Quliyev (2001-2007), i.e.n., dosent C.B.Namazova (2007-2011), dosent H.A.Cəfərli (2011-2015) başçılıq etmişlər.
Kafedranın əsas məqsədi, müxtəlif səviyyəli strategiyaların formalaşması və həyata keçirilməsi sahəsində, eləcə də ölkənin, regionların və müəssisələrin sabit sosial inkişafı üçün zəruri mexanizmlərin hazırlanması və texnologiyaların həyata keçirilməsi prosesində müvafiq biliklərə və bu bilikləri effektiv surətdə tətbiq etmək bacarığına malik olan müasir təhlilçi və auditorların hazırlanması, Azərbaycan cəmiyyətinin bu istiqamətdə artan tələbatının təmin edilməsindən ibarətdir.
Kafedra respublikada Mühasibat uçotu və audit ixtisası üzrə dərin bilikli bakalavr, magistr və aspirant hazırlayan yeganə tədris və elm mərkəzidir.
«İqtisadi təhlil və audit» kafedrasında Uçot-iqtisad fakültəsi üzrə bakalavr təhsil pilləsində İqtisadi təhlilin nəzəriyyəsi, İqtisadi təhlil, İdarəetmə təhlili, Praktik audit, Maliyyə-iqtisadi təhlil, Maliyyə hesabatlarının təhlili, Audit kimi müasir fənlər tədris edilir.
Magistratura Mərkəzində Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan magistrlərə “Maliyyədə iqtisadi təhlil”, “İqtisadi təhlilin beynəlxalq standartlara uyğunlaşdırılması”, “Audit xidmətində iqtisadi təhlil”, “Xarici iqtisadi fəaliyyətin təhlili” və s. kimi fənlər tədris olunur.
Uçot-iqtisad fakültəsində təhsil alan tələbələrin elmi-tədqiqat, elmi-pedaqoji və buraxılış işi qabağı istehsalat təcrübələri də kafedrada layiqincə təşkil olunub. Bunun üçün kafedra rəhbərliyinin Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlamış olduğu razılaşmaya əsasən tələbələrimiz ADNŞ-in müxtəlif təşkilatlarında təcrübə keçir və nəzəri biliklərini praktiki olaraq həyata keçirmə imkanına malik olurlar.
«İqtisadi təhlil və audit» kafedrasının əməkdaşlarının «Statistika» kafedrasının əməkaşları ilə birlikdə yerinə yetirmiş olduqları «Makroiqtisadi göstəricilər və əhalinin həyat səviyyəsi» və «İnvestisiya və innovasiya proseslərinin statistik qiymətləndirilməsi məsələləri» mövzusunda dövlət sifarişi əsasında yerinə yetirilmiş elmi-tədqiqat işləri Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən qəbul olunmuşdur.
Kafedranın əməkdaşları Rusiyanın, Belorusiyanın İqtisad universitetləri ilə, xüsusilə Moskva Dövlət Universitetinin «Mühasibat uçotu və iqtisadi təhlil» kafedrası ilə uzun illərdir ki, sıx əməkdaşlıq edir. Kafedranın professor-müəllim heyəti mütəmadi olaraq Ukraynanın, Gürcüstanın İqtisad universitetlərində müxtəlif elmi tədbirlərdə, müdafiə şuralarında iştirak etmiş və ya orada müdafiə edən iqtisadçıların elmi işlərinə rəy vermiş, onlara opponentlik etmişlər.
Kafedranın əməkdaşları hər il 150-200 ç.v. həcmində dərslik, dərs vəsaiti, metodiki göstərişlər çap etdirirlər. Son illərdə prof. İ.M.Mahmudov, dos.T.Ş.Zeynalov, dos.N.M.İsmayılovun birgə müəllifliyi ilə «İqtisadi təhlil», i.e.d. S.Y.Müslümov və dos.R.N.Kazımovun birgə müəllifliyi ilə «Maliyyə iqtisadi təhlil», dos. C.B.Namazova və dos. R.N.Kazımovun birgə müəllifliyi ilə «Praktiki audit» dərslikləri tələbələrin istifadəsinə verilmişdir.
İxtisaslar:
Bakalavr pilləsində: Mühasibat uçotu və audit
Magistr pilləsində: Mühasibat uçotu və audit
Tədris ounan əsas fənlər:
1. Mühasibat uçotunun nəzəriyyəsi
2. Mühasibat (maliyyə) uçotu
3. İdarəetmə uçotu
4. Auditin əsasları
5. Nəzərət və təftiş
6. Mühasibat (maliyyə) hesabatı
7. Mühasibat uçotu
8. Mühasibat uçotu (istehsal sahələrində)
9. Xarıcı iqtisadi fəaliyyətin uçotu
Q.Paşayev. “Mühasibat uçotu”, 2015. Dərslik
Mühasibat (maliyyə) hesabatı. S.Səbzəliyev
Mühasibat uçotu
Mühasibat uçotu və audit. Dərslik
*
Məsləhətçi
*