Damet mi.e.d., prof. Bağırov Damət Abbas oğlu

1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib.

1986-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olub. 1991-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi, 1997-ci ildə dosent elmi adı alıb.
1995-1998-ci illərdə Sank-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin doktoranturasında oxuyub. 1998-ci ildə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetində – 08.00.10 «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. Elə həmin ildə Rusiya Federasiyasının Dövlət Ali Attestasiya Komitəsinin qərarı ilə iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb.
2000-ci ildə AR Ali Attestasiya Komissiyası tərəfindən təkrar attestasiyadan keçirilərək ölkəmizin doktorluq diplomunu alıb.
2005-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb.

*
ƏMƏK FƏALİYYƏTİ:
İnstitutu bitirdikdən sonra Dövlət Aqrar Sənaye Komitəsinin baş elm idarəsində aparıcı iqtisadçı vəzifəsində çalışıb. 1989-1994-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda tədris laboratoriyasının müdiri, müəllim vəzifələrində çalışıb. 1994-1995-ci illərdə «Tuqay» (indiki “Bank of Baku”) kommersiya bankının idarə heyətinin sədri vəzifəsində işləyib.
1995-1999-cu illərdə Xətai rayonu üzrə Dövlət Vergi Müfəttişliyində baş dövlət vergi müfəttişi, şöbə rəisi, rəis müavini  vəzifələrində işləyib. 1999-cu ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad İnstitutunun «Maliyyə» kafedrasının 0,5 ştatla dosenti vəzifəsində işləyib. 2000-ci ilin fevral ayından AR İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentində baş mütəxəssis, baş məsləhətçi, şöbə rəisi vəzifəsində işləyib.

DSC_5027DSC_4334DSC_4943DSC_4906DSC_5264

2001-ci il avqust ayından İqtisad Universitetinin «Vergi və vergiqoyma» kafedrasının professoru (0,5 ştat) vəzifəsində işləmişdir. 2005-ci ilin fevralından «Vergi və vergiqoyma» kafedrasının tam ştatla professoru və Maliyyə fakültəsinin dekanı vəzifəsində çalışıb. 2008-2009-cu illərdə universitetin tədris işləri üzrə prorektoru və  «Maliyyə» kafedrasının müdiri vəzifəsində işləyib. 2009-2010-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində işləyib. 2018-ci ilə kimi UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektor vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 24.04.2006-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə, Təhsil Nazirinin 11/927 saylı 27.09.2011-ci il tarixli  əmri ilə AR Təhsil Nazirliyinin Fəxri Fərmanı  ilə təltif olunub.

damet9043IMG-20171006-WA0000DSC_4586DSC_4594

prof. D.Bağırov UNEC NEWS-da

İctimai Nəzarət Şurası: “Təhlillər göstərir ki, UNEC hədəfə doğru inamla irəliləyir” (28.02.2018)
“II Beynəlxalq İqtisadi və İnzibati Perspektivlər: Dayanıqlı Qlobal Rəqabət” (11.10.2017)

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna