21 oktyabr 1949-ci ildə Ermənistanın Qafan kəndində anadan olub.
1955-1966-cı illərdə orta məktəbdə təhsil alıb.
1970-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirib.
1971-1973-cü ildə Bakı Dövlət Universitetində aspiranturanı bitirib, 1976-cü ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda “Əhaliyə xidmət sahəsinin inkişafının sosial-iqtisadi probıemləri” mövzusunda namizədlik, 1991-ci ildə isə Leninqrad Maliyyə-İqtisad Universitetində “Bazar münasibətlərinə keçid şəraitində xidmət sferasının inkişafının sosial-iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 1992-ci ildən professordur.
1970-1971-ci illərdə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda (AzDBTİ) baş laborant, 1971-1974-cü illərdə AzDBTİ-də müəllim, 1974-1978-ci illərdə AzDBTİ-də baş müəllim, dekan müavini, 1978-1982-ci illərdə AzDBTİ-də dosent, kafedra müdiri işləyib.
1987-1990-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan, 2000-2006-cı illərdə Elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb.
2001-ci ildən 2022-ci ilin sentyabrına kimi İqtisad Universitetinin “Beynəlxalq ticarət və gömrük işi”, daha sonra “Ticarət və gömrük işinin təşkili” kafedralarının müdiri olub.
260-dən artıq elmi əsərin, 65 kitab, dərsliklər, dərs vəsaiti və fənn proqramlarının, 500-dən çox qəzet və elmi-publisistik məqaləlarin müəllifidir.
2002-ci ildə elmi fəaliyyətinə görə Əməkdar Elm Xadimi fəxri adı verilib.
Beynəlxalq Menecment Akademiyasının üzvüdür. “Qızıl qələm” mediya mükafatına layiq görülüb.
2017-ci ildən UNEC-in Xarici ticarətə dəstək mərkəzinin rəhbəridir.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
UNEC-də fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavinidir.
İxrac potensialının artırılması dövlət siyasətinə UNEC-dən dəstək (18.10.2017)
Şərh: ixrac strukturunun şaxələndirilməsinin əsas istiqamətləri və perspektivləri (AZƏRTAC – 20.06.2017)
Heydər Əliyevin sabitlik və inkişaf strategiyası (“Xalq qəzeti” – 16.06.2017)
Azərbaycan brendi ilə xarici bazarlara çıxarılacaq qeyri-neft sektoru məhsullarının artırılması imkanları (25.04.2017)
İctimai müzakirələrdə UNEC ekspertləri fəallıq nümayiş etdirir (24.04.2017 – VİDEO)