Zahid Mamedov_felsefeprofessor Zahid Məmmədov İsmayıl oğlu

31 oktyabr 1931-ci ildə Füzuli rayonunun Cuvarlı kəndində anadan olmuşdur.

1948-1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsində təhsil almışdır.
1952-1957-ci ilərdə Azərbaycan Dövlət Nəşriyyatında siyasi və sosial-iqtisadi ədəbiyyat şöbəsində redaktor vəzifəsində işləmişdir.

1957-1960-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə bölməsinin aspirantı olmuş və 1961-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alaraq 1963-cü ilədək Azərbaycan SSR EA Fəlsəfə bölməsində kiçik elmi işçi vəzifəsində işləmişdir. 1975-ci ildə doktorluq dissertasiya müdafiə edərək 1978-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi, 1979-cu ildə isə professor elmi adı almışdır.

1963-1964-cü illərdə Azərbaycan Politexnik İnstitutu Fəlsəfə və Elmi Kommunizm kafedrasında baş müəllim,1964-1966-cı illərdə isə dosent vəzifəsində işləmişdir. 1966-1970-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Fəlsəfə və Elmi Kommunizm” kafedrasında dosent vəzifəsində, 1970-1981-ci illərdə “Elmi Kommunizm” kafedrasının müdiri, 1988-1991-ci illərdə N.A.Voznosenski adına LMİİ-nin Bakı filialının Elmi Kommunizm kafedrasının müdiri, 1991-1993-cü illərdə ADİİ-nin “Politologiya” kafedrasının müdiri, 2000-2009-cu ildən İqtisad Universitetinin “Politologiya və Sosiologiya” kafedrasının müdiri, 2009-2010-cu illərdə “Fəlsəfə və Politologiya” kafedrasının müdiri, 2010-2016-cı illərdə “Politologiya” kafedrasının müdiri vəzifələrində işləmişdir. 2017-ci ilin mayına kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsində çalışıb.

“Politologiya və Sosiologiya” fənnlərinə dair dərslik, dərs vəsaiti, metodiki vəsaitlərin və proqramların, çoxlu sayda elmi məqalələrin, 6 monoqrafiyanın müəllifidir.

1991-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir. AR Prezidentinin 2006-cı il 24 aprel tarixli 1430 nömrəli sərəncamı ilə Azərbaycan Respubilkasının “Əməkdar müəllim fəxri adı” verilmişdir. AR Təhsil Nazirliyinin 02 noyabr 2006-cı il tarixli əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

2021-ci il avqustun 17-də vəfat edib.

DSC_9166

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino