2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qruplarında bakalavr təhsili alıb.
Təhsilinə UNEC-in MBA proqramında davam edib.
Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH Qruplarında dərs deyir.
UNEC-in SABAH Qrupları ilə Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri arasında keçirilən “İstedad Keyfiyyətin Təməlidir” adlı müsabiqənin ideya müəllifi və təşkilatçısıdır.
İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının dissertantıdır.
Hazırda “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının baş müəllimidir.