Radio UNEC əməkdaşları təltif olunub

07 NOYABR 2017 | VIEWS:
2576

Noyabrın 7-də Radio UNEC-in layihə müəllifləri ilə görüş keçirilib.  

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova Radio UNEC əməkdaşlarını Milli Radio və Televiziya Günü münasibətilə təbrik edib. Maraqlı layihələri, o cümlədən ən son iqtisadi, sosial, idman və mədəniyyət xəbərləri ilə geniş dinləyici auditoriyasına malik olan Radio UNEC-in 2 il ərzindəki fəaliyyətini yüksək qiymətləndirib. Tələbələrin yaradıcılıq potensialının üzə çıxması, onlarda natiqlik bacarığının formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Radio UNEC-in fəaliyyəti barədə məlumat verən Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov bildirib ki, hazırda burada universitet tələbələrinin 16, əməkdaşların isə 5 layihəsi reallaşdırılır.

Görüşdə “Biz də tələbə olmuşuq”, “Hərflərin izi”, “İqtisadi xəbər”, “Mix”, “Qlobus”, “Texnoman”, “Tibb saatı”, “UNEC müəllimi”, “Təhsilə dair”, “UNEC Rakus” və digər layihələrin müəllifi olan UNEC tələbələri və əməkdaşları Fəxri Fərmanla təltif olunublar.

2577 1