“Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib

13 FEVRAL 2020 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə Bakıda “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda 2 günlük Beynəlxalq konfrans işə başlayıb.

Konfransın açılışı “Four Seasons” otelində baş tutub. Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Təhsil nazirinin müavini İdris İsayev, Rabitə və Yüksək Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, UNEC-in rektoru, professor Ədalət Muradov, konfransın təşkilatçıları, UNEC-in əməkdaşlıq etdiyi yerli və xarici universitetlərin rektorları, tərəfdaş təşkilatların rəhbərləri və nümayəndələri, tanınmış akademiklər, alimlər iştirak ediblər.

Rektor Ədalət Muradov tədbir iştirakçılarını salamlayaraq, konfransın məqsədini açıqlayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilmiş ciddi uğurlar və artıq formalaşdırılmış  möhkəm bazanı nəzərə alaraq, ölkəmizin gələcəkdə daha dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti rəqəmsal transformasiyadır. Məhz rəqəmsal iqtisadiyyatın müxtəlif aspektlərini müzakirə  etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə 15 beynəlxalq və xarici təşkilatın tərəfdaşlığı ilə beynəlxalq konfransın təşkil edilməsinə qərar verilib.

Rəqəmsallaşmanın əmək bazarında yeni kompetensiyalar tələb etdiyini deyən rektor, onun bütövlükdə təhsil sisteminə, eləcə də kənd təsərrüfatı, nəqliyyat, maliyyə sektoruna ciddi təsir göstərdiyini vurğulayıb. Ə.Muradov təhsilin bütün səviyyələrində rəqəmsal iqtisadiyyat sahəsində kadr hazırlığının tələb olunduğunu, iqtisadiyyatın rəqəmsallaşmasının statistik göstəricilərə tələbi dəyişməsini, beynəlxalq standartların hələ də formalaşmadığı bir zamanda rəqəmsal iqtisadiyyatla bağlı proseslərin statistik ölçülməsi mexanizminin yaradılmasının vacibliyini diqqətə çatdırıb. Rektor, həmçinin “Rəqəmsal Azərbaycan” Dövlət Proqramının hazırlanmasının faydalı ola biləcəyini deyib.

Təhsil nazirinin müavini İdris İsayev isə inkişaf tendensiyalarını və trendləri nəzərə alaraq, son illərdə texniki-texnoloji ixtisaslar üzrə kadr hazırlığına xüsusi diqqət yetirildiyini bildirib. Bu tədris ilində innovasiyaların tətbiqinə yönəldilmiş  texniki və texnoloji ixtisas qrupu üzrə ötən ilə nisbətən 4,3 faiz artım olduğunu, dövlət sifarişi əsasında tələbə qəbulu planının texniki və texnoloji ixtisas qrupu üzrə 71 faiz artdığını deyib. Nazir müavini son illərdə Azərbaycan ali məktəblərinin dünyanın aparıcı universitetləri ilə beynəlxalq əlaqələrinin əhəmiyyətli dərəcədə artdığını da diqqətə çatdırıb. Hazırda universitetlərimizdə beynəlxalq akkreditasiyadan keçmiş 11 təhsil proqramının tətbiq edildiyini, ölkəmizin 10 universitetinin dünyanın 20 universiteti ilə 25 ixtisas və ixtisaslaşma üzrə ikili diplom proqramları üzrə kadr hazırlığını həyata keçirdiyini, bunların da 7-sinin məhz texniki və texnoloji ixtisaslara aid olduğunu vurğulayb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlərdən danışıb. Nazir müavini bu istiqamətdə elektron hökumətin yaradıldığını, nazirlik tərəfindən müxtəlif istiqamətlər üzrə 68 xidmətin elektronlaşdırıldığını bildirərək, ümumilikdə ənənəvi iqtisadiyyatın rəqəmsal iqtisadiyyata transformasiyasının reallaşdırıldığını diqqətə çatdırıb. Nazirlik rəsmisi Azərbaycanda lisenziyalar və icazələr portalının fəaliyyətə başladığını və bugünədək sözügedən platforma vasitəsilə 1500-dən çox lisenziya verildiyini qeyd edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rəqəmsal iqtisadiyyatın inkişafına təsir edən amillərdən söz açıb. Nazir müavini bu istiqamətdə infrastrukturun modernləşdirilməsinin, müasir texnologiyaların tətbiqinin, internet istifadəçilərinin sayının artmasının, elektron ticarətin genişlənməsinin əsas rol oynadığını diqqətə çatdırıb. O, Azərbaycanın 3G şəbəkəsi göstərici üzrə dünyanın orta göstəricisindən öndə olduğunu, hazırda isə 4G şəbəkəsinin genişləndirildiyini deyib. E.Vəlizadə 2019-cu ildə Dünya İqtisadi Forumunun dərc etdiyi Qlobal Rəqabətlilik Hesabatına əsasən, Azərbaycanın hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə, dünyanın 141 ölkəsi arasında 43-cü yerdə qərarlaşdığını və bu göstərici üzrə ölkəmizin region dövlətləri arasında 2-ci olduğunu diqqətə çatdırıb.

Konfransın açılış mərasimində plenar məruzələr də dinlənilib. Almaniyanın Köln Universitetinin Media və İdarəetmə Texnologiyaları Departamentinin direktoru, professor Klaudia Loebbecke “Rəqəmsallıq, analitik göstəricilər və süni intellekt biznes və cəmiyyəti necə dəyişdirə bilər” mövzusunda təqdimatla çıxış edib.

Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplunun təqdimatı isə “Rəqəmsallaşma təkamülünə vençur kapital investorlarının baxışı” mövzusunda olub. Palata sədri Azərbaycanda müəssisə kapitalına investisiya yatırmaq üçün böyük imkanların mövcud olduğunu deyib. O, Estoniya, Ukrayna və Belarus kimi ölkələrdə bu prosesin sürətlə getdiyini və Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşma sürətini nəzərə alaraq, həmin imkanların burada yaradılmasının məqsədəuyğun olduğunu bildirib.

Konfrans işini UNEC-də 4 mövzu üzrə bölmə iclaslarında davam etdirib. İclaslarda dövlət idarəetməsinin rəqəmsal transformasiyası, rəqəmsal əməkdaşlığa regional baxış, maliyyə sektorunun rəqəmsallaşması, sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası, eləcə də rəqəmsallaşmanın iqtisadiyyatın bütün sahələrində tətbiqinə və bunun təhsildə özünü göstərməsinə dair müzakirələr aparılıb.

Konfrans çərçivəsində UNEC-lə Rusiyanın «E. T. Qaydar adına İqtisadi Siyasət İnstitutu» Fondu arasında elmi əməkdaşlığa dair müqavilə imzalanıb.

Beynəlxalq konfransın 2-ci günü isə yerli və xarici alimlərin “Azərbaycanda rəqəmsal iqtisadiyyat, risklər və həllər”, “İpək Yolunun rəqəmsallaşdırılması imkanları”, “rəqəmsal valyutalar və elektron ticarətin riskləri və faydaları”, “rəqəmsal iqtisadiyyatda insan kapitalının rolu”, “rəqəmsal iqtisadiyyat və yeni biznes modellərinin inkişafı”, “ağıllı şəhərlər” beynəlxalq təcrübədə” və digər mövzularda çıxışları olacaq, müzakirələr aparılacaq. Tədbir çərçivəsində, həmçinin informasiya texnologiyaları şirkətlərinin panel təqdimatları olacaq. Yeri gəlmişkən qeyd edək ki, beynəlxalq konfransın sponsoru “Bakcell” mobil operator şirkətidir.

Konfransın yekununda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının Böyük İpək Yolu üzrə rəqəmsal, eyni zamanda Avropa coğrafiyasında vahid elektron məkana çevrilməsi məsələləri müzakirə olunacaq. Bu müzakirələr regionda rəqəmsal əməliyyatların Azərbaycan üzərindən aparılması və beynəlxalq ticarət dövriyyəsinin  inkişaf etdirilməsi potensialını üzə çıxaracaq. Eyni zamanda ölkəmizdə “Rəqəmsal iqtisadiyyat” konsepsiyasının və dövlət proqramlarının işlənib hazırlanmasına töhfələr verəcək, onun regionun rəqəmsal iqtisadiyyat məkanına inteqrasiyasına yol açacaq.

Qeyd edək ki, Beynəlxalq konfransın əsas məqsədi rəqəmsal iqtisadiyyatın müasir vəziyyəti və onun inkişafını zəruri edən amillərin araşdırılması, gələcək perspektivlərinin müzakirəsi və proqnozlaşdırılması,  rəqəmsal idarəetmə sahəsində qabaqcıl biliklərin bölüşdürülməsidir.

http://news.unec.edu.az/xeber/125-universitet/6150-red-bold-regemsal-igtisadiyyat-muasir-chagirishlar-ve-real-imkanlar-movzusunda-beynelxalg-konfrans-kechirilib-red-bold

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Fixbet - Starzbet - onwin -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - pump fun sniper bot - marsbahis - marsbahis - marsbahis