23 oktyabr 1965-ci ildə Bakı şəhərində doğulmuşdur.
1972-ci ildə Nizami rayonundakı 62 saylı məktəbə daхil olmuş, 1982-ci ildə həmin məktəbi qızıl medalla bitirmişdir.
1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinə avtomatlaşdırılmış idarəetmə sistemləri iхtisası üzrə qəbul olunmuşdur. 1984-cü ildə göndərişlə İ.M.Qubkin adına Moskva Neft və Qaz İnstitutunun III kursuna daхil olmuş və 1987-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1987-ci ildə təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində (indiki Azərbaycan Respublikasının İnformasiya texnologiyaları İnstititu) mühəndis vəzifəsində işə başlamışdır. 1988-ci ildə göndərişlə Nazirlər Soveti nəzdində Azərbaycan Хalq Təsərrüfatını İdarəetmə İnstitutunun sistem proqramlaşdırması və informatika laboratoriyasına mühəndis-proqramçı vəzifəsinə təyin edilmişdir.
1989-2001-ci illərdə həmin institutda böyük proqramçı, baş elmi işçi, aparıcı mühəndis vəzifələrində çalışmışdır. 1999-cu ildən saat hesabı ilə müəllim təyin edilmişdir.
2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həmin institutun fəaliyyəti dayandırıldığı üçün həmin ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Tədrisin teхniki-təlim vasitələri şöbəsi”ndə I dərəcəli mühəndis vəzifəsinə işə düzəlmiş, həmçinin 2006-cı ilə qədər saat hesabı ilə dərs demişdir. 2006-cı ildə həmin şöbədə aparıcı mühəndis vəzifəsinə təyin edilmişdir.
*
2006-cı ilin oktyabr ayından «İnformasiya iqtisadiyyatı və texnologiyaları» kafedrasında müəllim vəzifəsində çalışıb. 1 dərs vəsaiti, 1 metodik vəsait, 8 məqalə və 4 tezisin müəllifidir. Dəfələrlə respublika və beynəlxalq konfranslarda iştirak etmişdir. Kafedrada yerinə yetirilən elmi istiqamətli tədqiqatların aparılmasında fəal iştirak edir.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantıdır.
2010-cu ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İnformatika fənni və MBA proqramı üzrə ekspertdir.
2017-ci ildən UNEC-in “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının baş müəllimidir.
Ailəlidir, iki övladı var.
*
Elmi əsərlərinin Siyahısı (hiperlinkli)
UNEC-də disput: “İT-nin inkişafının təhsil prosesinə təsiri” (25.10.2017)