DSC_5565.prof. Sadıqov Mirdaməd Mirsadıq oğlu

Mirdaməd Sadıqov əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) “Maliyyə-Kredit” kafedrasında başlayıb. O, 1971-1972-ci illərdə kafedrada baş referent, 1972-1977-ci illərdə laborant və baş laborant vəzifələrində çalışıb. 1973-1977-ci illərdə həmin kafedranın aspiranturasında təhsil alıb və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi adına layiq görülüb. 1977-1982-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi olub. Sonralar “Maliyyə-Kredit” kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsini icra edib. Bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilib. 1988-1992-ci illərdə Bakı Maliyyə-Kredit Texnikumunun direktoru, daha sonra texnikumun Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilməsi ilə əlaqədar 1992-1999-cu illərdə kollecin direktoru vəzifəsində çalışıb.

1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış Heydər Əliyev İqtisadi İdarəetmə Məktəbinin icraçı direktoru olub.

1999-2000-ci illərdə Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra edib. 2000-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris işləri üzrə prorektoru olub. 2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2007-2008-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışıb. 2008-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub. Avropa Universitetləri Rektorları Klubunun üzvü olub.

14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı olub.

İqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, həmçinin 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir.

2020-ci ilin aprelində UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsinə təyin olunub.

19 yanvar 2021-ci ildə vəfat edib.

mirdamad_5352kitabb Image 2020-09-18 at 15.10.49

2649 1