AR İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin müsabiqəsi

29 NOYABR 2017 | VIEWS:
1408

logo
*
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
Bakı Biznes Tədris Mərkəzi

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2018-ci ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədi ilə

MÜSABİQƏ ELAN EDİR

Proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələr qurmasına, peşəkar və mədəni dünyagörüşünün genişlənməsinə şərait yaratmaqdır.

İxtisasartırma kurslarının aşağıdakı mövzularda və müddətlərdə keçirilməsi nəzərdə tutulur:

İqtisadi kooperasiya (bütün sahələr üzrə).

Proqramın müddəti – 2018-ci ilin aprel-may ayları

Proqramın dili – ingilis

Namizədlərə aşağıdakı tələblər irəli sürülür:

– Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
– Menecment sahəsində azı 1 il iş təcrübəsi;
– Yaşı 45-dən çox olmamalı;
– İngilis dilini bilməli.

Almaniyada keçiriləcək ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir:

  1. Treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması);
  2. Şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq).

İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.

2017-ci ilin dekabr ayında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcəkdir.

Namizədlər aşağıdakı formaları tələb olunan qaydada ingilis dilində doldurmalı, elektron və kağız formada qeyd olunan ünvana şəxsən təqdim etməlidirlər: – Namizəd haqqında məlumat (Application form) – 2 nüsxə; – Fərdi məlumatların qorunmasına dair ərizə (Data protection declaration/Privacy statement) – 1 nüsxə;

– Vəzifəsi göstərilməklə iş yerindən təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş arayış – 1 nüsxə;
– 3×4 ölçüdə foto – 2 ədəd.

Formaları Bakı Biznes Tədris Mərkəzinin saytının Xəbərlər və ya Elanlar bölmələrindən əldə etmək mümkündür: www.bbtc.gov.az.

Sənədlər 2017-ci il dekabr ayının 8-dək aşağıdakı ünvanda qəbul ediləcəkdir:
Bakı şəh., A.M.Şərifzadə küçəsi, 172, 4-cü mərtəbə, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, Tədrisin təşkili və metodikası şöbəsi.

Əlaqələndirici şəxs: Məlahət Kazımova. Tel: (012) 431-39-07, 430-93-22; e-mail: [email protected].

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi.

1409 1