gulnara2023-05-03 at 11.00.29Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dos. Rzayeva Gülnarə Namik qızı

e-mail: [email protected]

1960-cı il aprelin 9-da  Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Uinversitetinin (indiki Bakı Dövlət Univеrsitеti) filologiya fakültəsinə daxil olmuş, 1982-ci ildə həmin universiteti  bitirmişdir.

1983-ildən D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Univеrsitеti)  “Rus dili” kafedrasında fəaliyyətə başlamış müəllim, bаş müəllim vəzifələrində çalışmışdır. 2008-ci ildən “Rus dili” kafedrasının müdiri vəzifəsində çalışıb.

2008-ci ildə namizədlik dissertasiyasını  müdafiə edərək Filologiya  üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2013-cü ildə isə dosent elmi adını almışdır.

03.02.2020-ci il tarixdən UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru vəzifəsinə keçirilib.

Rusiya, Türkiyə, ABŞ, Tailand və digər ölkələrin nüfuzlu jurnallarında elmi məqalələri çap olunmuş, respublika və beynəlxalq elmi-praktik konfranslarda məruzələrlə çıxış etmişdir. 70-dən artıq  elmi məqalə, 6 dərslik, 22 dərs vəsaiti, 7  fənn proqramının müəllifidir.

AR Təhsil Nazirliyinin Fəxri Fərmanı, Beynəlxalq elmi konfranslarda fəal iştirakına görə Təşəkkürnamə ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.

Ailəlidir, iki övladı var.

rus9546b46bb9turk_0006(1)???????????????????????????????IMG_6373???????????????????????????????11167793_10202664834020621_2732114162187550523_nkitab666

dos. G.Rzayeva UNEC NEWS-da

UNEC tələbələrindən sağlamlıq imkanı məhdud uşaqlar üçün unudulmaz gün (26.12.2017)
UNEC-də interaktiv rus dili dərsi
 (14.11.2017)

UNEC alimi beynəlxalq konfransda müasir dərs modelindən danışıb
 (26.05.2017)
UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu
 (16.02.2017)
Süleyman Dəmirəl Universiteti UNEC müəllimlərinin səfərindən yazıb
 (13.02.2017)

gulnara076819af0d34e11f2a707c3622790891_374206389699492_1971826716_o22811363_374206059699525_505834845_nIMG-20170629-WA0004IMG-20170629-WA0005IMG-20170629-WA0010

5895 2