Qış imtahan sessiyasına hazırlıq: “Özünü sına” layihəsinə yeni funksiya əlavə edilib

28 DEKABR 2016 | VIEWS:
5954

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/17-ci tədris ilinin qış imtahan sessiyasına hazırlıqlara start verilib. Bu mərhələdə tələbələrin ən çox istifadə etdikləri vasitələrdən biri də onların intellektual potensialının aşkar olunması və inkişaf etdirilməsinə xidmət edən “Özünü sına” online sınaq imtahan portalıdır. Portal həm də tələbələrin imtahanlara psixoloji hazırlanmasına kömək edir. Artıq sinaqimtahani.net portalının mobil tətbiqetməsi də UNEC tələbələrinin ixtiyarına verilib.

Qış imtahan sessiyası öncəsi portala yeni funksiya əlavə edilib. Belə ki, sistem istifadəçinin ən çox hansı fəndən imtahan verdiyini yadda saxlayır. İstifadəçi portala növbəti ziyarətində birbaşa idarə panelindən imtahanı başlaya bilir. Sistem fənni tamamən mənimsədikdən sonra istifadəçiyə onu siyahıdan uzaqlaşdırmaq imkanı da verir.

Qeyd edək ki, UNEC-in İnnovativ Biznes-İnkubatorunun startap layihəsi olan “Özünü sına” online sınaq imtahan portalından sonra imtahanı verərkən ödəməni “Emanat” ödəmə terminallarından da həyata keçirmək mümkündür. Belə ki, tələbələr “Emanat” ödəmə terminallarından sinaqimtahanı.net portalındakı şəxsi kabinetlərinə daxil olmaqla, balanslarını artıra bilirlər.

“Özünü sına” – UNEC-in Texnologiya və dizayn fakültəsinin IV kurs tələbəsi Fəqan Çələbizadənin startap layihəsidir. Layihə NETTY 2015 Azərbaycan Milli İnternet Mükafatına Müsabiqəsində ikinci yerə layiq görülüb.

5955 1