Radio UNEC təqdim edir: “UNEC imtahan”

26 DEKABR 2016 | VIEWS:
2040

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/17-ci tədris ilinin qış imtahan sessiyasına hazırlıqlara start verilib. Qış sessiyasında obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə UNEC-də müxtəlif layihələr həyata keçirilir.

Bu layihələrdən biri də Radio UNEC-in “UNEC imtahan” verilişidir. Sessiya dövründə efirdə olacaq yeni verilişdə tələbələri narahat edən bütün sualların cavabları səsləndiriləcək.

“UNEC imtahan” verilişinin ilk buraxılışı dekabrın 28-də, saat 15:00-da efirə çıxacaq. Verilişdə imtahanlara məsul şəxslər UNEC tələbələrinin suallarını cavablandıracaqlar. Sualları [email protected] ünvanına göndərə bilərsiniz.

Radio UNEC-i dinləmək üçün: http://radio.unec.edu.az/

2041 1