Rpano-minQurbanova Rəna İslah qızı

1985-ci ildə Bakı şəhərində anadan olub.

2001-ci ildə 272 saylı orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.
2005-ci ildə bakalavriat, 2011-ci ildə magistraturanı bitirib.

2013-2017-ci illərdə Qida məhsullarının texnologiyası” kafedrasının dissertantı olub.

*

2005-2007-ci illərdə “Union” xarici dil və kompyuter kursunda ingilis dilinin qrammatikası üzrə təlimatçı vəzifəsində, 2007-ci ilin fevral ayından 2008-ci ilin dekabr ayınadək “Lider logistic” adlı şirkətdə əməliyyatçı vəzifəsində, 2009-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi Şöbəsinin Türk Dünyası İşlətmə fakültəsi üzrə operator kargüzar, 2014-cü ildən “İqtisadiyyat və İşlətmə kafedrası”nın laborantı vəzifəsində işləyib. 2016-cı ilin fevral ayından 2018-ci ilin oktyabrına qədər həmin kafedrada böyük laborant vəzifəsində çalışıb.
Hazırda Türk Dünyası İşlətmə fakültəsində katib vəzifəsində çalışır.