UNEC-də intellekt yarışı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisadiyyat Məktəbinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual yarışının VII “Doğma dil” kuboku keçirilib.

Azərbaycan Respublikasının iki mühüm bayramı – Konstitusiya və Milli Dirçəliş gününə həsr edilən yarışda UNEC “biliciləri” ilə yanaşı, digər ali təhsil müəssisələrinin, peşəkar oyunçuların və banklararası çempion olan bank yığmasının üzvləri iştirak edib. Kubokun təsisçisi, sual paketinin müəllifi, Rus İqtisadiyyat Məktəbinin direktor müavini, “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi, “Turan” İntellektial oyunlar klubunun üzvü Anar Eyyubov sualları ilə gənclərdə Azərbaycan tarixi, mədəniyyəti, elmi, həmçinin müasir siyasi proseslərinə maraq oyatmağa çalışdı.

Turnirə maliyyə dəstəyi göstərən “WORLD” tədris və xaricdə tədris mərkəzinin nümayəndələri qalib komandanın bir üzvünə tam ödənişsiz, II və III yeri tutan komandaara isə güzəştli xarici dil kirsunda iştirak etmək hüququ verdiklərini bildiriblər.

 

*

Gərgin keçən intellekt yarışında HD komandası qalib gəlib. II yerə “Revolver”, III yerə isə “NİK” komandası layiq görülüb. Qaliblər suallarda adları çəkilən ədiblərin əsərləri və kuboklarla mükafatlandırılıblar.

1-2016-11-27-19-53-44-609 1-IMG-20161126-WA0003