UNEC-də seminar: “Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin hədəfləri

27 YANVAR 2017 | VIEWS:
2167

UNEC-in İqtisadiyyat fakültəsində “Azərbaycan Respublikasında Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsi”nə həsr olunan elmi seminar keçirilib.

Fakültə dekanı, dosent Asiman Quliyev bildirib ki, yol xəritəsində ölkənin ağır sənaye və maşınqayırma sahəsində strateji hədəfləri müəyyən edilib. A.Quliyev bu hədəflərin mövcud aktivlərin optimallaşdırılması, rəqabətədavamlı sektorun yaradılması, maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi olduğunu diqqətə çatdırıb.

“Müəssisənin iqtisadiyyatı” kafedrasının müdiri, dosent Əli Hacıyev ilə kafedranın müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Ərzuman Hüseynov məruzə ilə çıxış edərək, ağır sənaye və maşınqayırmada yeni innovativ inkişaf modelinə keçidin məqsədi, prioritetləri və gözləntilərini açıqlayıblar.

Seminar müzakirələrlə davam edib.

2168 1