UNEC istedadları: Hisslərini rəsmlərdə ifadə edən rəssam

12 YANVAR 2018 | VIEWS:
3060

“UNEC istedadları” layihəsində magistrimiz rəssam Nigar Təhməzovanı təqdim edirik:

Nigar Təhməzova 1993-cü il yanvarın 29-da Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 248 saylı məktəbdə alıb. Məktəbi bitirdikdən sonra UNEC-in Kommersiya fakültəsində eyniadlı ixtisas üzrə bakalavr təhsili alan Nigar, magistr təhsilini də burada – Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində davam etdirir. Hazırda logistika ixtisası üzrə magistr təhsili alır. Eyni zamanda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışır.

Təhsil aldığı ixtisasdan tamamilə fərqlənən rəssamlıq Nigarın ən sevimli məşğuliyyətidir. Çəkdiyi rəsmlərdə özünəməxsus tərziylə seçilən UNEC magistri rəssamlıq üzrə təhsili və müəlliminin olmadığını dilə gətirərək, fərqli mövzulara öz duyğu və obyektivindən yanaşdığını, onları yansıtmağa çalışdığını deyir. Rəsm çəkmək onun üçün hisslərini ifadə etməyin ən gözəl vasitədir. Bir çox xarici sayt və jurnallarda Nigarın yaradıcılığı barədə məqalələr dərc edilib. Onun əl işlərinə yerli və xarici sərgilərdə rast gəlmək olar. Milli dəyərlərimizi gördüyü işlərdə yaşatmağa çalışan Nigar, çəkdiyi rəsmlərdə naxışların incəliyi, rənglərin ahəngi, dərin məna və düşündürücülüyü ilə məhz bu pəncərədən onun əsərlərinə baxılmağa və öz sehirli dünyasına dəvət edir. Bununla yanaşı, Nigar mütəmadi olaraq düşüncələrini qələmə alaraq oxucularla bölüşməyi çox sevir: “Yaradıcı olmaq üçün istədiyimiz qədər ilham mənbəyi tapmaq olar. Hiss və düşüncələrimizi qorxmadan dilə gətirməyimiz və yansıtmağımız bəzən özümüzün və bəlkə də hələ kəşf olunmamış istedadımızın aşkara çıxmasına səbəbdir”.

N.Təhməzovanın əl işləri ilə onun İnstagram səhifəsindən tanış ola bilərsiz.

UNEC istedadları

“UNEC istedadları” – “MurAn” qrupu (29.12.2017)
Rəhilə Məmmədzadə – “UNEC istedadları”: memar və müğənni (8.12.2017)
“UNEC istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi (1.12.1017)
Sərxan Cəfərov – “UNEC istedadları” –  şair və rəssam  (27.11.2017)
Elnur Musayev – “UNEC istedadları”- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov – “UNEC istedadları” – model tələbə (10.11.2017)
Anar Bağırov –“UNEC istedadları” – gitaraçı tələbə (27.10.2017)
Baba Aslanov – “UNEC istedadları” – tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə – “UNEC istedadları” – tələbə vokalçı (13.10.2017)
Ləman Əkbərova – UNEC istedadları” – tələbə şairə (06.10.2017)
Azad İsmayılzadə – “UNEC istedadları” – rəssam tələbə (29.09.2017)

3061 1