UNEC istedadları: Xanəndə tələbə

09 FEVRAL 2018 | VIEWS:
2494

“UNEC istedadları” layihəsində xanəndə Yusif Cəfərzadəni təqdim edirik:

Yusif Cəfərzadə 2000-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. Əslən Laçın rayonundandır. Bakı şəhəri Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbin məzunudur. UNEC-in İqtisadiyyat fakültəsinin I kursunda dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alır.

Uşaqlıqdan musiqiyə çox böyük marağı olan Yusif 2007-ci ildə Niyazi adına 22 saylı musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin tar sinfinə qəbul olur. Azərbaycanın milli-mənəvi sərvəti olan muğama və xalq musiqisinə olan marağı onu özünə cəlb edir. O, tar sinfini bitirdikdən sonra elə həmin məktəbdə yenidən xanəndə ixtisası üzrə təhsil alır. Məktəbdə özfəaliyyət dərnəyinin solisti və xor kollektivinin üzvü kimi fəaliyyət göstərərək çoxsaylı tədbirlərin iştirakçısı olub. 2016-cı ildə N.Gəncəvinin 875 illik yubileyinə həsr olunan incəsənət müsabiqəsində “N.Gəncəvinin sözlərinə ən yaxşı muğam ifası” nominasiyası qazanaraq, diplomla təltif olunub. 2017-ci ildə “Vətənim and yerim” adlı musiqi layihəsində iştirakına görə sertifikatla təltif olunub. Y.Cəfərzadə “Qarabağ bülbüləri” ansamblının və UNEC Yaradıcılıq Mərkəzinin üzvüdür. Ən böyük arzusu muğamın sirlərinə daha dərindən yiyilənmək və doğma torpağı olan Qarabağda konsert verməkdir.

 

UNEC istedadları

Böyük Britaniya və Türkiyənin istinad etdiyi UNEC istedadı (26.01.2018)
UNEC istedadları: Tələbə-fotoqraf (19.01.2018)
UNEC istedadları: Hisslərini rəsmlərdə ifadə edən rəssam (12.01.2018)
“UNEC istedadları” – “MurAn” qrupu (29.12.2017)
“UNEC istedadları”: aktyor tələbə (22.12.2018)
Rəhilə Məmmədzadə – “UNEC istedadları”: memar və müğənni (8.12.2017)
“UNEC istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi (1.12.1017)
Sərxan Cəfərov – “UNEC istedadları” –  şair və rəssam  (27.11.2017)
Elnur Musayev – “UNEC istedadları”- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov – “UNEC istedadları” – model tələbə (10.11.2017)
Anar Bağırov –“UNEC istedadları” – gitaraçı tələbə (27.10.2017)
Baba Aslanov – “UNEC istedadları” – tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə – “UNEC istedadları” – tələbə vokalçı (13.10.2017)
Ləman Əkbərova – UNEC istedadları” – tələbə şairə (06.10.2017)
Azad İsmayılzadə – “UNEC istedadları” – rəssam tələbə (29.09.2017)

2495 1