UNEC və Montpellier Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

20 APREL 2017 | VIEWS:
1520

Fransanın Montpellier Universiteti Avropa Komissiyasının “NİZAMİ” layihəsi “Azərbaycanda doktorantura təhsilinin vahid Avropa ali təhsil məkanının standartlarına uyğunlaşdırılması və strukturlaşdırılması” üzrə koordinatoru Benjamin Lemerle “Erasmus+” mübadilə proqramı çərçivəsində UNEC-də olub.

Görüşün əsas müzakirə mövzusu iki universitet arasında mövcüd və gələcək əməkdaşlıq məsələləri, “NİZAMİ” lahiyəsinin gedişatı olub. Eyni zamanda, doktorantura sahəsində UNEC-də tətbiq edilən yeniliklər barədə Benjamin Lemerleyə məlumat verilib.

Sonra Benjamin Lemerle UNEC-in gənc doktorantları qarşısında “NİZAMİ” layihəsi ilə bağlı təqdimatla çıxış edib. Doktorantura səviyyəsinin Avropa standartlarına uyğunlaşdırılması, o cümlədən beynəlmiləlləşdirilməsinin üstünlüklərindən danışıb.

1521 1