RİM-in direktoru, dosent Mənsur Bərxudarov məktəb haqqında məlumat verərək bildirib ki, burada daha çox təcrübəyönümlü tədris planı əsasında yüksək ixtisaslı iqtisadçı mütəxəssislər hazırlanır. RİM-də UNEC müəllimləri ilə yanaşı, həm də rusdilli təhsil məkanının və Qərbin aparıcı iqtisadçı alimləri və ekspertləri tədrisə cəlb olunur, tələbələr Rusiyanın nüfuzlu korporativ strukturlarında istehsalat təcrübəsinə göndərilir.
Professor Məmməd Əliyev rəhbəlik etdiyi laboratoriyanın fəaliyyət istiqamətindən, əməkdaşlıq əlaqələrindən bəhs edib. UNEC və ADU-nun rusdilli təhsil məkanına inteqrasiyanın bir neçə istiqamətləri üzrə əməkdaşlıq etməyin perspektivlərindən danışıb.
Görüşdə iştirak edən “Rus dili” kafedrasının müdiri, dosent Gülnarə Rzayeva və digər müəllimlər müzakirələr zamanı rusdilli təhsil məkanında inteqrasiyanın vacibliyini vurğulayaraq, tələbələrlə mövzu ətrafında fikir mübadiləsi aparıblar.