Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov və “İqtisadiyyat” kafedrasının müdiri, professor Müslüm İbrahimovun qatıldığı yubiley tədbirində Rusiyanın nüfuzlu təhsil, elm, iqtisadiyyat və siyasi dairələrin nümayəndələri, o cümlədən dünyanın müxtəlif ali təhsil müəssisələrindən qonaqlar iştirak edib.
Tədbirdə UNEC-in nümayəndə heyəti rektor, professor Ədalət Muradovun təbrik məktubunu səsləndirib.
Ural Dövlət İqtisad Universitetinin rektoru, professor Yakov Petroviç UNEC-də Rus İqtisad Məktəbinin yaradılmasını yüksək qiymətləndirib: “UNEC-in Rus İqtisad Məktəbinin fəaliyyəti hər iki ölkə alimlərinin bilik mübadiləsinə, o cümlədən elm və təhsil sahəsində inteqrasiya proseslərinin güclənməsinə böyük təkan verəcək”. UNEC-lə əməkdaşlıqda maraqlı olduğunu bildirən rektor, RİM-in fəaliyyətinin bu imkanları daha da artırdığını vurğulayıb.
Səfər çərçivəsində Ural Dövlət İqtisad Universitetinin struktur rəhbərləri ilə görüşlər keçirilib, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib.
UNEC-in nümayəndə heyəti Yekaterinburq vilayətinin Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski ilə də görüşüb. Diaspora rəhbəri Yekaterinburq vilayətində yaşayan azərbaycanlı gənclərin UNEC-də təhsil almaqda maraqlı olduqlarını bildirib.