e-mail: [email protected]
1975-ci ildə İrəvan xanlığının Göyçə mahalının Basarkeçər rayonunda (indiki Ermənistanın Vardenis rayonunda) anadan olub. 1981-ci ildə həmin rayonun Zərkənd orta məktəbində təhsilə başlasa da, erməni sürgünü nəticəsində təhsilini burada başa vura bilməyib. Natamam orta təhsilini Bakı şəhərinin 57 nömrəli məktəbini fərqlənmə ilə, Azərbaycan Dövlət Tibb Universitetinin kimya-biologiya təmayüllü məktəbini müvəffəqiyyətlə bitirib.
1992-ci ildə YÖS imtahanı ilə İstanbul Universiteti hüquq fakültəsinə və Hacıtəpə Universiteti sosiologiya bölümünə daxil olmuşdur.
1992-1993-cü illərdə Ankara Universitetini TÖMER-i təhsil alaraq 1997-ci ildə Hacıttəpə Universitetini sosioloq üzrə bitirib.
Magistratura təhsilini isə həmin universitetin Beynəlxalq əlaqələr fakültəsində alaraq, 1999-2002-ci ildə məzun olub. 2002-2006-cı ildə Ankara Dövlət Universiteti Siyasət Bilimi Beynəlxalq Əlaqələr Fakültəsini Döktorluq dərs proqramını müvəffəqiyyətlə qurtarıb və “Qarabağ müharibəsi və Erməni terroru” mövzusunda müdafiə edib
2016-cı ildə AR Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının Müdafiə Şurası tərəfindən siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyası qəbul edildi.
Bakıelektrikşəbəkə Prezidentinin Ümumi və Sosial məsələlər üzrə müşaviri vəzifəsində işləyib. Azərbaycan Turizm Universiteti Menecmentlik kafedrasında Dövlət idarəçiliyi və Strategiya dərsi tədris edib.
2017-ci ildə namizədlik dissertasiya işini müdafiə edib. Siyasi fənlər üzrə fəlsəfə doktorudur.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosentidir. UNEC-in İqtisadiyyat fakültəsinin katibidir.
Türkiyədə 3 kitabı yayımlanmışdır. Azərbaycan və digər ölkələrdə 30-dan çox elmi əsəri çap edilmişdir.
*
“Yeni dünya çağırışları: Azərbaycan və İslam” (25.10.2017)
UNEC-in nümayəndə heyəti Türkiyənin Uludağ Universitetində (11.07.2017)
UNEC-in idarəetmə sistemində Türkiyə təcrübəsi (04.07.2017)
UNEC müəlliminin kitabı Türkiyədə çap olunub (04.07.2017)
UNEC-in “Gənc Alimlər Şurası”nın üzvləri simpoziumda çıxış ediblər (31.05.2016)
UNEC müəllimi Türkiyənin Sakarya Universitetində Azərbaycan həqiqətlərindən danışıb (27.02.2016)
UNEC eksperti: “Dünyada bir erməni az, ikisi isə çoxdur!” (24.02.2016)
UNEC əməkdaşı Türkiyədə keçirilən “Sözdə erməni soyqırımı” konfransında iştirak edib (05.03.2015)