*
StartUp Gənclər Klubu, gənclərin təşəbbüskar düşüncə tərzini inkişaf etdirmək və onları startap ekosisteminə inteqrasiya etmək məqsədilə yaradılmış bir təşkilatdır. Klub, gənclərin öz biznes ideyalarını inkişaf etdirmələri, startaplarını qurmağı və bu sahədəki praktiki bilikləri əldə etmələrini dəstəkləyir. Klub üzvləri, biznes dünyasında uğur qazanmaq üçün lazım olan bacarıqları, strateji düşüncəni və innovativ həlləri öyrənirlər.