1950-ci ildə Gəncə şəhərində anadan olub.
1972-ci ildə Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib.
1972-1976-cı illərdə həmin institutun ”Hesablama və tətbiqi mexanika” kafedrasında laboratoriya müdiri vəifəsində çalışıb. 1976-1979-cu illərdə Daşkənd Mexanika İnstitutunun aspiranturasında əyani təhsil alıb. 1981-ci ildə Konstroma Texnoloji İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi adına layiq görülüb.
1989-1991-ci illərdə Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutunun “Hesablama və təbiqi mexanika” kafedrasında assistent, dosent, kafedra müdiri vəzifələrində çalışıb.
1981-1986-ci illərdə Daşkənd Dövlət Universitetinin riyaziyyat fakültəsinin axşam şöbəsini bitirib.
*
1991-1993-cü illərdə Moskva Dövlət Tekstil Akademiyasının doktranturasında əyani şöbədə oxuyub, 1993-cü ildə vaxtından əvvəl doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru elmi dərəcəsini alıb.
1993-2007-ci illərdə Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutunun “Toxuculuq və trikotaj istehsalı” kafedrasında dosent, professor vəzifələrində işləyib.
2008-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının professorudur.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Ailəlidir, bir qızı var.