19.10.2020-ci il tarixindən “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrası ləğv edilmişdir.

“Ekspertiza və standartlaşdırma” fakültəsinin “İstehlak mallarının ekspertizası”, “Standartlaşdırma və sertifikasiya“, “Qida məhsullarının texnologiyası”“Texnoloji maşınlar və sahə avadanlıqları” və “Fizika və kimya” kafedraları ləğv edilmiş və “Mühəndislik” fakültəsi, “Mühəndislik və tətbiqi elmlər” kafedrası yaradılmışdır.

Kafedra haqqında

“Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrası 1993-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 47 saylı qərarı ilə Bakı Əmtə­əşünaslıq-Kommersiya İnstitutunda yaradılmışdır. 2000-ci ilin iyun ayından Azərbaycan Dövlət İqtisad Universitetinin Tex­nologiya və Dizayn fakültəsinin nəzdində fəaliyyət göstərir. Kafedrada Texnoloji maşınlar və avadanlıqlar mühəndisliyi istiqamətində toxu­culuq, yüngül sənaye və məişət xidmətinin texnoloji maşınlar və avadanlıqlar mühəndisliyi və yeyinti sənayesi, iaşə və ticarətin texnoloji maşınlar və avadanlıqlar mühəndisliyi ixtisasları üzrə mütə­xəssislər hazırlanır.

Yarandığı gündən indiyədək kafedraya texnika elmləri doktoru, professor Məzahir Fərzəliyev rəh­bərlik edir.

Bu kafedranın bazasında sonralar “Standartlaşdırma və sertifi­kasiya”, “Dizayn” kafedraları yaradılmışdır.

Kafedrada “Maşın və mexanizmlər nəzəriyyəsi”, “Maşın hissələri” fənləri üçün laboratoriya və “Tərsimi həndəsə və mühəndis qrafikası”, “Nəzəri mexanika” fənləri üçün ixtisaslaşmış kabinet və auditoriyalar yaradılmışdır.

Kafedranın “H.Z.Tağıyev adına Toxucu Tikiş Sənaye Kombinatı” ASC-də filialı fəaliyyət göstərir. İxtisas fənləri üzrə laboratoriya məşğələ dərsləri, istehsalat və ixtisas təcrübələri bu filialda keçirilir.

*

Kafedrada tədris prosesini təşkil etmək üçün Dövlət standartları, tədris proqramları və tədris planları hazırlanmışdır. Tədris olunan bütün fənlər üzrə proqramlar nəşr edilmişdir. Tədrisin təşkilini yaxşılaşdırmaq üçün kafedrada 6 dərslik, 10 dərs vəsaiti, 10-dan artıq metodik göstəriş, 1 monoqrafiya, 200-dən artıq elmi-metodik məqalə yazılmışdır.

Kafedra respublika ali məktəblərinin (ATU, ANA, ADDA) uyğun kafedraları ilə sıx əlaqə saxlayır. Həmçinin REA-nın Maşın­şünaslıq İnstitutu, Ege Universiteti (Türkiyə), Moskva Dizayn və Texnologiya Universiteti, Sankt-Peterburq Texnologiya və Dizayn Uni­versiteti ilə əməkdaşlıq edir. Göstərilən universitetlərin və kafed­raların əməkdaşları ilə birlikdə fənn proqramları, dərsliklər, dərs vəsait­ləri yazılır. Elmi məqalələrə, namizədlik və doktorluq dissertasiya­larına rəylər verilir. Kafedra “Beynəlxalq maşın və mexanizmlər nəzə­riyyəsi” təşkilatının (İFT MM) üzvüdür.

Kafedrada “Toxuculuq, yüngül, yeyinti sənayesi, məişət xidməti və ticarət sahələrində yeni texnologiyaların, avtomat maşınların hesabla­n­ması və layihələndirilməsi metodlarının işlənməsi” mövzusunda elmi tədqiqat işi yerinə yetirilir. Aparılmış tədqiqatlar nəticəsində fasiləsiz üsulla parça istehsal edən TMM tipli çoxəsnəkli toxucu maşınının parça­əmələgətirici mexanizminin texnoloji və konstruktiv parametrlərinin təyin edilməsi üçün metodika işlənmiş və mexanizm yaradılmışdır. Fasi­ləsiz üsulla parçaəmələgəlmənin nəzəri əsasları tədqiq olunmuşdur. Tədqiqatlar nəticəsində 25 ixtiraya müəlliflik şəhadətnaməsi və patent alınmışdır.

*

“Texnoloji maşınlar və sahə avadanlığı” kafedrasının xəbərləri UNEC NEWS-da

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol