UNEC-də “Dual tədris” – bank əməkdaşları auditoriyada

27 OKTYABR 2017 | VIEWS:
2203

UNEC-də innovativ tədris metodlarının tətbiqi uğurla davam edir.

Maliyyə və mühasibat fakültəsinin III kurs tələbələrinin Bank işi dərsində “Dual tədris” metodu tətbiq edilib. “Maliyyə və maliyyə institutları” kafedrasının professoru Elnur Sadıqovun tədris etdiyi dərsin mövzusu “Kommersiya banklarının hesablaşma əməliyyatları” olub. İnteraktiv metodlara əsaslanan dərsdə ikinci müəllim – “Bank of Baku”nun Partnyorlarla iş və alternativ satışlar departamentinin Bank məhsulları şöbəsinin aparıcı eksperti Rafael Hüseynov olub.

R.Hüseynov professor E.Sadıqovun tələbələrə öyrətdiyi bank terminlərinin mahiyyətini izah edərək, real kesylərdən nümunələr çəkib. İş prosesində qarşıya çıxan problemlərdən və onların həlli yollarından danışıb. Hər iki müəllim tələbələrin nağdsız hesablaşmalarda istifadə olunan ödəniş sənədləri, hesablaşmaların formaları, akreditiv üzrə hesablaşmalar, bankların müxbir münasibətləri və s. haqqında suallarını cavablandırıblar.

Dərsin sonunda E.Sadıqov bank əməkdaşlarına dünyada gedən qloballaşma və Azərbaycan təhsil sistemin Avropa təhsil sisteminə inteqrasiyasından bəhs edərək, UNEC-də təhsil sistemində yeni təlim texnologiyalarının, fəal və interaktiv tədris metodlarının və yeni texnologiyaların uğurla təbiq edildiyini bildirib. “Bank of Baku”nun nümayəndələri mətbuat vasitəsi ilə UNEC-in uğurlarını izlədiklərini bildiriblər. QS Reytinq Agentliyinin 2018-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə açıqladığı reytinq cədvəlində UNEC-in ötən illə müqayisədə 30 pillə irəliləyərək, regionun 161-170 ən yaxşı universiteti arasında qərarlaşmasını böyük uğur adlandırıblar. Onlar, məzunu olduqları universitetin uğurları ilə qürur duyduqlarını bildiriblər.

2204 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser