UNEC-də Elmi Şuranın növbəti iclası keçirilib

08 DEKABR 2018 | VIEWS:

UNEC-in rektoru, professor Ədalət Muradov universitetin 100 illik yubileyinə hazırlıqla bağlı müvafiq komissiya və işçi qrupu tərəfindən “UNEC – 100” İnkişaf Strategiyasının tamamlandığını bildirib. Rektor “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə 181-190 ən yaxşı universitet sırasına daxil olan UNEC-in 100 illik yubileyə qədər dünyanın 500 ən yaxşı universitetindən biri olmağı hədəflədiyini qeyd edib. Ə.Muradov strategiyada UNEC-in yubileyinə hazırlıq müddətində universitetinin qarşısında duran məqsəd və hədəflərin ehtiva olunduğunu diqqətə çatdırıb.

UNEC-in rektorunun müşaviri, dosent Elşən Bağırzadə “UNEC-100” İnkişaf Strategiyası ilə bağlı təqdimatla çıxış edərək, strategiyanın əsas müddəalarını səsləndirib. Bildirib ki, UNEC-in missiyası, gələcəyə baxışı və dəyərləri əks olunan sənəddə 7 strateji məqsəd və 31 strateji hədəf müəyyən edilib.

Şurada strategiyadan irəli gələn vəzifələrin icrası ilə bağlı tədbirlər planının hazırlanması və ekspert komissiyasının yaradılmasına qərar verilib.

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Anar Rzayev Beynəlxalq əməkdaşlıq departamentinin 2017/2018-ci tədris ili üzrə fəaliyyəti ilə bağlı hesabatla çıxış edib. Bildirib ki, tədris ilində ikitərəfli əməkdaşlıq, Erasmus+ və Mövlana proqramları çərçivəsində 44 müəllim xarici universitetlərdə mübadilədə olub, 16 əcnəbi müəllim isə UNEC-də tədris aparıb. İkili diplom proqramlarından söz açan A.Rzayev bakalavr pilləsi üzrə Montpellier universitetində 18 tələbənin, magistratura pilləsində isə İsveçrənin UBİS universitetində 37 magistrin proqramda iştirak etdiyini qeyd edib. Dünyanın 25 ölkəsindən 244 əcnəbi vətəndaşın UNEC-də təhsil aldığını diqqətə çatdıran A.Rzayev onlardan 204 nəfərin bakalavr, 33 magistr və 7 dissertant olduğunu bildirib. Hesabatda UNEC-in beynəlxalq layihələr olan “Key Action 2 capacity building”, “DAAD Akademik mübadilə”, “Jean Monnet Qrantı”, “Horizon 2020”, “NİZAMİ” Erasmus+”da uğurlu iştirakı da vurğulanıb.

Şurada UNEC-in beynəlxalq ələqələrinin vacib istiqamətlərindən olan professor-müəllim heyəti, əməkdaş və tələbələrin beynəlxalq akademik mobilliyi haqqında qaydalar da səsləndirilib. Yeni qaydalar şura üzvlərinin səsverməsi ilə təsdiq olunub.

Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov UNEC-in kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı çıxış edib. Şurada əsaslı kitabxananın ləğv edilərək onun bazasında UNEC Kitabxana İnformasiya Mərkəzinin yaradılması barədə qərar qəbul olunub. Eyni zamanda Kitabxana İnformasiya Mərkəzinin yeni strukturu təsdiq edilib. 24/7 kitabxananın idarəedilməsinə əməkdaşlarla yanaşı, tələbələrin də cəlb olunması ilə bağlı təklif irəli sürülüb.

Şurada UNEC nəzdində Maliyyə-İqtisad kollecinin direktoru, dosent Oruc Məmmədov kollecin fəaliyyəti barədə hesabat verib. Kollecdə 5 ixtisas üzrə əyani və qiyabi formada mütəxəssis hazırlığı həyata keçirildiyini bildirən O.Məmmədov UNEC rəhbərliyinin təşəbbüsü ilə qəbul planının son 2 ildə 30 faiz artırıldığını və 2018/2019-cu tədris ilində qəbul planının 96,3 % yerinə yetirildiyini bildirib. O.Məmmədov kollecdə tədrisin keyfiyyətinin daha da artırılması məqsədilə təkliflər irəli sürüb. Ali təhsilin magistratura pilləsi üzrə UNEC-də təhsil alan magistrlərin kollecdə pedaqoji təcrübələrinin təşkil olunmasını şura üzvləri müsbət qarşılayıb.

Şurada Zaqatala filialının Elmi Şurasının tərkibi təsdiqlənib. Eyni zamanda filialda təkrar imtahanlara görə ödəniş haqqının 25%-dən 10%-ə endirilməsi qərarı səs çoxluğu ilə qəbul olunub.

Elmi Şura üzvləri İqtisadçı Vətənpərvərlər Mərkəzi, UNEC Empirik Tədqiqatlar Mərkəzi, Xarici Ticarətə Dəstək Mərkəzi, Meybullayev İslam İqtisadiyyat Mərkəzi və Protokol şöbəsinin əsasnaməsini, həmçinin Əmək Bazarının Monitorinqi Mərkəzinin yaradılması və əsasnaməsini, eləcə də Enerji İqtisadiyyatı Mərkəzinin yaradılmasını təsdiqləyib. Türk Dünyası İşlətmə fakültəsinin adı isə şura üzvlərinin qərarı ilə dəyişdirilərək Türk Dünyası İqtisadiyyatı fakültəsi adlandırılıb.

Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun əmri ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Qabaqcıl Təhsil İşçisi” döş nişanı və nazirliyin “Fəxri Fərman”ı ilə təltif edilən UNEC-in bir qrup əməkdaşlarının mükafatları Elmi Şurada təqdim olunub.

UNEC-in SABAH Mərkəzinin rəhbəri Aida Quliyeva isə “2017/2018 tədris ilində göstərdiyi yüksək idarəçilik və təşkilatçılıq bacarığı, eləcə də işlərindəki fəallığa və təşəbbüskarlığa görə” Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə təltif olunub.

Şuranın sonunda UNEC-in müəllimlərinə professor və dosent elmi adlarının verilməsi ilə bağlı səsvermə keçirilib.

<a href=”http://news.unec.edu.az/xeber/125-universitet/4524-unec-de-elmi-shuranin-novbeti-iclasi-kechirilib”></a>

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol