Mayın 20-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümumdünya Ticarət Təşkilatının (ÜTT) modeli konfransına hazırlıq çərçivəsində iştirakçılar üçün təlimlər keçirilib. Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında baş tutan tədbirdə iştirakçılara ÜTT-dəki proseslər və qaydalar barədə məlumat çatdırılıb. UNEC Beynəlxalq İqtisadiyyat kafedrasının müəllimi Seymur Əliyev “Ticarət potensialının gücləndirilməsi: Qlobal ticarət sisteminin problemləri” və “Azərbaycanın ÜTT-yə qoşulması danışıqları” mövzuları üzrə geniş məlumat verib.
Sonda ÜTT-yə üzvlüyün üstünlükləri, tələb olunan şərtlər barədə suallar cavablandırılıb.
21-22 mayda təşkil olunacaq əsas konfransda tələbələr mövzular üzrə araşdırma apararaq, təyin olunduqları ölkələrin iqtisadiyyatı, xüsusən ticarət əlaqələri və siyasi münasibətləri haqda məruzə ilə çıxış edəcəklər. İki gün ərzində iştirakçılar mövzu ətrafında diskussiya xarakterli debatlar aparacaqlar. Müzakirənin yekunu kimi iştirakçılar tərəfindən şərti deklarasiyalar qəbul olunacaq.