UNEC-də “Sağlamlıq ayı” çərçivəsində tədbir keçirilib

02 NOYABR 2016 | VIEWS:
2269

Noyabrın 2-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əmtəəşünaslıq fakültəsində qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair keçirilən “Sağlamlıq ayı” çərçivəsində “Təhlükəsizlik təminatının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması və sağlam həyat tərzi” mövzusunda maarifləndirici tədbir keçirilib.

UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova gənclərin sağlamlığının ən vacib məsələlərdən biri olduğunu bildirib. Bu sahədə UNEC-də həyata keçirilən layihələrdən söz açıb.

Milli Məclisin deputatı Jalə Əliyeva dövlət səviyyəsində insanların həyat sağlamlığı, ətraf mühitin təhlükəsizliyi sahəsində görülən işlərdən, bu məsələlərin daima diqqət mərkəzində olmasından və eyni zamanda milli məclisdə bu məsələlər üzrə qanunvericilik aktlarının təkmilləşdirilməsi və yeniləşdirilməsindən danışdı.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polkovnik Vaqif Əsədov bildirib ki, bu gün ictimai nəqliyyatda vətəndaşların təhlükəsizliyinin təminatı üçün dövlət səviyyəsində yeni proqramlar hazırlanır və icra edilir, yeni təhlükəsizlik standartlarının formalaşmasında əhalinin, xüsusən də gənclərin sağlam həyat tərzi keçirməsi, pis vərdişlərdən uzaq olmasından çox şey asılıdır.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polkovnik-leytenant İsa Deyistani vətəndaşların təklükəsizliyi baxımından yol infrastrukturunun yeniləşməsi, yol ötürücü nişanların standartlara uyğun yerləşdirilməsi, vətəndaşların qeydiyyatında elektron informasiya sistemindən istifadə edilməsi və bu proseslərin genişləndirilməsindən söz açıb.

Bakı Şəhər Baş Polis İdarəsinin azyaşlılarla işin təşkili üzrə bölmə rəisi polkovnik-leytenant Məryəm Ömərova narkomaniyaya, alkoqolizmə qarşı mübarizə, ümumiyyətlə gənclərin pis vərdişlərdən uzaqlaşdırılması, onların asudə vaxtlarının səmərəli keçirməsinin qoyulan məqsədlərə çatmağın ən doğru yolu olduğunu bildirərək, gənc ailələrdə baş verən narazılıqlar, boşanma hallarının minimum həddə çatdırılması üçün ictimai informasiya təbliğatının rolu haqqında məlumat verib.

Bakı Şəhər Baş Polis İdarəsinin azyaşlılarla işin təşkili üzrə bölməsinin baş inspektoru polis mayoru Kəmalə Ələkbərova zərərli vərdişlərin baş verməməsi üçün yeniyetmələrin məktəb yaşlarından nəzarətdə saxlanılması və müəllim-valideyn-tələbə münasibətlərinin düzgün qurulmasının vacib amil olduğunu vurğulayıb.

Əmtəəşünaslıq fakültəsinin dekanı, dosent Tofiq Osmanov, “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri, professor Əli Həsənov “Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri, dosent Zabit Aslanov Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üzrə əsas fəaliyyət istiqamətlərinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planının yerinə yetirilməsi ilə bağlı UNEC-in rektoru, professor Ədalət Muradovun universitetdə apardığı işlərin tərkib hissəsi olan bu maarifləndirici tədbirin tələbələrin qeyri-infeksion xəstəliklərlə mübarizə və profilaktika metodları haqqında daha dolğun məlumatlandırılması, sağlam həyat tərzi keçirməsi, asudə vaxtlarının daha səmərəli təşkil edilməsi və respublikamızın sağlam gələcəyinin təminatı baxımından əvəzsiz rol oynadığını qeyd ediblər.

Sonda tədbir iştirakçıları müəllim və tələbələrin suallarını cavablandırıblar.

2270 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno